Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.
Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.
“Qafqazinfo”nun məlumatına görə, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.
Əlavə edək ki, 10 DR 500 nömrəsi daha öncə bir çox lüks avtomobillərdə istifadə olunub. İnternetdə yayılan fotolarda bu nömrənin “Range Rover”, “BMW 530” və “BMW X5” markalı avtomobillərə taxıldığı görünür. Həmin maşınların fotolarını təqdim edirik:


Şərhlər