Menu

Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb

22.12.2021, 10:48
Abşeronda avtomobil 74 yaşlı kişini vuraraq öldürüb

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol