“AZƏRBAYCANDA ORTA TƏHSİL PULLUDUR!” - "Əmr edirlər ki, təcli pulu çatdırın, "Şakaya" pul lazımdır"

"Elə orta məktəb tapılmaz ki, onun tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bizdə isə elə əvvəldən "yığmaq" məsələsi dəbdə olub. İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər". 

"AzPolitika.info" xəbər verir ki, bu sözləri millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev nazir Emin Əmrullayevin açdığı müzakirələrə münasibət bildirərkən deyib. 

Deputatın sözlərinə görə, çoxsayı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib: "Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs, bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsa, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər! Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edirlər ki, təcli pulu çatdırın, "Şakaya" pul lazımdır. Məktəblərdəki gəlirlərinin hesabına biznes quran direktorların sayı az deyil. Bu qədər sadə, Azərbaycanda orta təhsil pulludur!", - millət vəkili vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Valideyin 2022-01-15 14:06:23

Ay deputat,Azərbaycanı niyə bu günə saldınız ki,hətta orta məktəbləri saxlaya bilmir?Bu ayıb deyilmi? İndi də rüşvəti leqallaşdırırsınız?

Niyaməddin 2021-12-23 12:04:29

Ailələr var ki, uşağın dəftər, qələm kimi əsas ehtiyaclarını təmin edə bilmir, qaldı ki, məktəbə pul köçürtsün. Bu hal savadsız, cahil bir cəmiyyətin meydana gəlməsinə gətirib çıxaracaq, Azərbaycanı sözün əsl mənasında uçuruma aparacaq.

Əli 2021-12-23 02:40:12

Azərbaycanda təyin edilən hər bir direktor təhsil şöbəsinə rüşvət verərək gəlir! Daha sonra dövlət tərəfindən təhsil üçün ayrılmış pulları yuxarı ilə yemək üçün karuselə daxil olur! Gəl indi çıx təhsil işinin içindən! Müəllimlərin saxtakarlığının kökündə təhsil naziri durur!

Ekspertə 2021-12-23 00:07:14

Orta məktəbləri pullu etmək düşüncəsi tam yanlış və yolverilməzdir.ölkə əhalisi güçlə,zorla yarı ac dolandığ halda (bu orta və kasıb təbəqəyələr) evladlarını təhsildən məhrum etmək düşüncəsi hansı "ağıllının" ağlına gəldi?Hər tərəfindən qızıl tökülən (nefy,qaz,qızıl,faydalı qazıntılar,ixrac məhsulları və s.) məmləkətdə orta təhsili pullu etmək ən bağışlanması mümkün olmayan cinayətdir.Hələ təhsil möhtəkirlərin bazası olmayan pullu universitetlər açıb milləti soyması və savadsız "mütəxəssislər hazırlayıb gənc işsizlər ordusu yaratdıqları bir tərəfə.Bu da bizim ölkədə ləğv olunmalı.ölkəyə lazımi sayda və ixtisasda mütəxəssis hazırlamaqla işsizlər .savadsız diplomllular ordusunu ləğx etmək vacibdir.

Amon 2021-12-22 23:09:26

Sosial sebekelerde fikir bildirmek ucun deputat secilmemisen milli meclisde bu meseleni qaldir senin ki elin catir cenab deputat

Yaşar 2021-12-22 20:42:55

Bir insan səmimi danışanda ona qara yaxmazlar. Əqidəsi təmiz insan heç vaxt ləkə götürməz. Emin müəllimi yaxından tanıyanlar onun necə saf, sərrast və proqressiv düşüncəli, yeniliyə açıq, ənənələrin qorunub unkişaf etməsinə dəstək olan, yaşlılara və gənclərə hörmət və diqqəti ilə sələflərindən seçilməyən, ədalətli bir rəhbər olduğuna şahiddirlər. Təhsil elə bir sahədir ki, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu səbəbdən də burada olan problemlər cəmiyyətdə daha çox müzakirəyə səbəb olur. İş olan yerdə söz-söbət də ola bilir. Xüsusi ilə son qərarlar bu barədə narazı olanları hücuma keçməyə vadar edir. Hər bir yenilik təbii və ya süni müqavimət qüvvəsi ilə üzləşir. Amma geriyə yol yoxdur. İslahata özümüzdən başlasaq daha düz olar.

Etibar bəyə 2021-12-22 15:46:16

Məgər Azərbaycan o günə salınıb ki,salınıb ki, ora təhsillə cəmiyyəti təmin edə bilmir? Orta məktəbdə pullu təhsil anlayışı öıkəmiz üçün ayıb anlayışdır.Təhsil möhtəkirlərinin bazası olmayan pullu universitetlər açıb,millətin əlində olanı alıb savadsız dipıomlu işszgənclər ordusu yaratdığınız kimlərinsə xoşuna gəlib? indi də onsuz da zəifləşdirdiyiniz orta təhsili də bu hala gətirmək istəyiniz baş qaldırıb? Buorta məktəbləri pulluetmək düçüncəsi orta və kasıb təbəqə üçün yol verilməz və yanlış addımdır.Onsuz da millət zorla nəfəs alır.

Vətəndaş 2021-12-22 14:58:08

Cefri Çoser. (1343-1400) Pul kisəsinə giley Ey əziz pul kisəsi, gileyim tək sənədir, Sənsən axı sevgilim, başqasına baxmaram! Nə gizlədim, kefsizəm, yüngüllüyün nədəndir? Ağırlaşsan o saat duaya bel bağlaram, Baxmaram ki, ağırsan, tez səni qucaqlaram; Sığınıram tək sənə, gözlərimi qoyma yaş, Qatilim olma mənim, yalvarıram ağırlaş. Mənə bir az kömək ol, dolu görünsün için, Gözəl səslər eşitsin yenidən qulaqlarım, Günəş kimi parlasın iki gözümdə çin-çin, Çoxdandır görmədiyim qızıl-qızıl dostlarım; Qəlbimin sükanı ol, ay dövlətim, ay varım, Ay rahatlığın şahı, ay doğma, yaxşı qardaş, Qatilim olma mənim, yalvarıram ağırlaş. Sənin kimi kisəni heç yerdə görməmişəm, Kisələr işıq saçar, köməklik eləyərdi. Məni xilas etmədin, borca-xərcə düşmüşəm, Havadarım olmadın, indi halım betərdi, Pulum yaman azalıb, keşiş saçı qədərdi. Yetər, ağzın açılsın, comərd ol yavaş-yavaş. Qatilim olma mənim, yalvarıram ağırlaş.

Roma 2021-12-22 13:22:57

Pul deyəndə, bizim millətin demək olar ki, əksəriyyətinin (içi mən qarışıq) gözünə işıq, sifətinə təbəssüm qonur. Nə isə, hörmət-izzət, ləyaqət və mənliyi, pulnan ölçürük...Bir daha təkrar edirəm əksəriyyətimizin, hamıya aid deyil, məncə müəyyən bir qisim hələki hər şeyi pulnan ölçmür və bu kateqoriya insanlar deyərdim ki, çox azdır...

Mubariz 2021-12-22 12:30:44

Bu deputat bu dəfə düz danışdı , əvvələr Naziri tərifləyirdi ,cavandı , xaricdə oxuyub ,təhsildə dönüş yaradacaq və s. Yaradır könüllü pul yığmaq ,verməsən qışqırda -qışqırda alacağıq

Baba 2021-12-22 12:18:17

Rüşvəti leqallaşdıracaqlar.

Vətəndaş 2021-12-22 11:53:51

Hörmətli az.politika şərh yazma yeri indi əladır. Yazdığını görə bilirisən. Əla

Mubariz 2021-12-22 11:50:51

Etibar muellim tekce orta tehsil yox,ali ve sehiyyede pulludur!!Beyenmediyimiz SSRI den ferqli.Birce nöyüt tezlikle biterdi.

t.ədalət 2021-12-22 11:44:17

"İmkanlı şəxslər" büdcəni talayanlar və oğrulardır.Oğruların maliyə dəstəyi verdiyi məktəb,ya qumarxana olar,ya da lotuxana.

Azərbaycanlı 2021-12-22 11:42:12

Təhsil naziri giclədi ....Deməli bunlara deyiblər danışın millətin əsəblərini yoxlayın. Yəqin ki orta təhsili də pullu edəcəklər. Bu hakimiyyət nə ertmək fikrindədir mən vətəndaş başa düşə bilmirəm. Nə partiya üzvü deyiləm, nə də ki müxalifət, Adi vətəndaşam fəhə,məmur deyiləm talançı deyiləm.

Ədalət 2021-12-22 11:31:14

Nazirin bu sözlərindən sonra , sabahdan bütün məktəblərdə könüllü pul yığılacaq. Afərin təzə nazir !

Son yazılar