Menu

"Bacım qızının başına daş düşsün..." - Abid Şərifovdan işdən çıxarılan qohumu haqda AÇIQLAMA

22.12.2021, 20:27
"Bacım qızının başına daş düşsün..." - Abid Şərifovdan işdən çıxarılan qohumu  haqda  AÇIQLAMA

Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Kuliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər vermişdik.

Məsələ ilə bağlı Manset.az Baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O sayta açıqlamasında belə halları pisləyib: “Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır.”

Şərhlər

Vətəndaş 2021-12-23 09:12:34

Sənin öz başua daş düşsün ki, Onu məktəb direktoru etdirmişdin.

Seyid Ənhu 2021-12-23 01:52:26

BU GÜNDƏN ETİBARƏN KİM RÜŞVƏT ALACAQSA BAŞINA DAŞ DÜŞSÜN DEYİLİB İŞDƏN KƏNARLAŞDIRILMAQLA CƏZALANDIRILACAQDR. QULAĞINIZI AÇIN EŞİDİN.

Şəkili 2021-12-22 23:49:57

Özünü yaddan çıxarıb,qohumuna a]ğıl verir:....

Amon 2021-12-22 23:16:47

Kisi qadina qargis elemez

Eli 2021-12-22 22:03:09

İndi Abid müellim bi r Ağsaqqal kimi “meslehet” verir.Yeni demek isteyir ki,ay başına daş düşsün bu rüşvet almağın öz “texnologiyası” var bacarmırsan alma ilişersen işden çıxararlar,daha demir ki ceza ala bilersen ,ureyiyumşaq insandır qorxutmaq istemir bacısı qızını.

Mubariz 2021-12-22 20:45:38

İnsafən Abid Şərifov da çox təmiz adam idi ....

Sekiden 2021-12-22 20:39:09

Abid serifovun qohumunun adina olan efqan sirketi Shekide butun yollari berbad hala salib guya su kanalizasiya xetti cekirler biabirci veziyyetde qalib butun isler hec bir ish tamamlanmayib ha ki talanib. Abid serifova sual vermek lazimdir ki bu meselede kimin basina das dusmelidir? Shekililer senden utanc hissi cekir. Bir qram Shakiye xeyir vermediniz ancaq oz mulkelerinizi artirdiniz. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol