Menu

"Qiymət artımını saxlamaq üçün hökumətin əlində o qədər də alət yoxdur" - Mikayıl Cabbarov

23.12.2021, 09:53
"Qiymət artımını saxlamaq üçün hökumətin əlində o qədər də alət yoxdur" - Mikayıl Cabbarov

"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən problemlərimiz də var. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır. Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlarla baxdıqda bu, qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s".

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTv-də yayımlanan "Hədəf" verilişində qonağı olarkən deyib.

Qiymət artımları ilə bağlı danışan nazir qeyd edib ki, Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür:

"Burada hökumətin əlində o qədər də alət yoxdur. Biz çalışırıq ki, sosial müdafiə nöqteyi nəzərdən həssas təbəqələrə xüsusi yanaşma tətbiq olunsun. Dünya bazarlarında son iki ildə taxılın qiymətində 45-50 faizə yaxın artım baş verib. Biz kifayət qədər böyük həcmdə taxılı idxal edirik.

Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Biz o subsidiyanı verdikdə, hansısa başqa istiqamətdə - istər əmək haqqına, təhsilə və səhiyyəyə vəsait ayrıa bilmirik.

Qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq istiqamətində də fəaliyyət gücləndirilib. 2022-ci ildə bu, bizim prioritetimiz olacaq".

Şərhlər

Veten dashi 2021-12-23 13:08:16

Niyə cənab nazir.Dövləti idarəsi ilə məşğul olan monopolislərə bir barmaq silkələyin olur.Bacarmazsız bagı bağbandan qorumaq olmaz axı..

İstehsalçı Nazirə 2021-12-23 12:19:06

Hökumət özü BAŞLICA İQTİSADİ əcəmətdir! Ölkəmizə on minlərlə adda və çeşiddə modifikasion qeyri-təbii mallar, 5-10 il ömrünü tam sürmüş metallom avtomobilllər gətirilir? Onların qarşısı qətiyyətlə,birdəfəlik alınmalıdır!? Yoxsa, yararsız mallara sərhədlərimizi də Kreml açdırır?

Veten 2021-12-23 12:18:55

Onda niye isleyirsen?

Müzəffər 2021-12-23 11:36:12

Bir taz doğru,amma,çoxu yalan! Hökumət əlində olan nəzarət rıçaqlarını bilərəkdən əldən verdiyidən indi çarəsiz qalıb. Bunu etməzdən əvvəl düşünmək,ölçüb biçməyi bacaran mütəxəssislərdən istifadə etmək vacib idi.İndi də gec deyil.Əgər hökumət bir az xalqa yaxın gəlsə,xalqın ağrı-acısını duymaq istəsə.ambisiyalardan əl çəksə hər şeyi etmək mümkündür.Əsas məsələ istəkdir.Naməlum təhsilli,səriştəsiz,təcrübəsiz yaxınları vəzifələrə qoymağın ağrısını millət çəkir..

t.ədalət 2021-12-23 10:24:57

Qiymət artımını dayandırmaq üçün dövlətin əlindəki ən güclü rıçaq vergidir.Qiymət artımına görə vergini müəyyənləşdirməklə sahibkarları yerində oturtmaq,dövləti isə varlandırmaq mümkündür.Bunun üçün təcrübəli və savadlı kadrlara meydan vermək lazımdır.Ölkənin vergi sistemini Fazil Məmmədov oğurluq alətinə çevirdikdən sonra heç kəs onu düzəltmək istəmir.F.Məmmədov talamaq yolu ilə,deyilənə görə,on tonlarla qızıl külçələri əldə edib torpaqda gizlədib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol