Rusiya Prezidenti Vladimir Putin bugünkü geniş mətbuat konfransında Donbasdakı vəziyyətə də toxunub.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin indiyədək Ukraynanın iki dəfə Donbas məsələsini güc yolu ilə həll etməyə çalışdığını deyib: “İki dəfə. Onları bunu etməməyə razı salmağa çalışırdıq. Şəxsən mən Poroşenkonu yola gətirirdim ki, hərbi əməliyyat olmasın. “Yaxşı, yaxşı” dedi, amma başladı. Nəticədə mühasirə, itkilər və Minsk razılaşması...” Putin deyib ki, münaqişənin həlli yalnız Minsk razılaşmalarına uyğun şəkildə həyata keçirilməlidir. Lakin Ukrayna tərəfi buna razı olmur.
Daha sonra Rusiya Prezidenti Ukraynanı Donbasa yeni hücum hazırlamaqda günahlandırıb: “Elə təəssürat var ki, Ukrayna üçüncü hərbi əməliyyata hazırlaşır. Və bizə xəbərdarlıq edirlər ki, qarışmayın, o insanları müdafiə etməyin. Qarışsanız, yeni sanksiyalar olacaq.”
Putin deyib ki, Ukrayna Donbasda hərbi əməliyyata başlasa, Rusiya buna reaksiya verməyə bilməyəcək. Çünki bu, Rusiya üçün həm də təhlükəsizlik məsələsidir. Vladimir Putin həmçinin, Donbasın ötən əsrin əvvəllərində bolşeviklər tərəfindən Rusiyadan alınaraq, Ukraynaya verildiyini bildirib və buna görə Valdimir Lenini və onun silahdaşlarını günahlandırıb.
“AzPolitika.info”


Şərhlər