Menu

Fransada koronavirusa yoluxmada yeni rekord qeydə alınıb

24.12.2021, 09:03
Fransada koronavirusa yoluxmada yeni rekord qeydə alınıb

Fransada son sutkada 91 608 nərə yoluxub.

APA-nın xəbərinə görə, bu, pandemiya dövründə ən ciddi sutkalıq yoluxma göstəricisidir. Daha əvvəlki rekord noyabrın üçündə qeydə alınmışdı. O zaman göstərici 86 852 nəfər idi. Fransa səhiyyə nazirliyinin proqnozuna görə gələn həftə gündəlik yoluxma sayı 100 min nəfəri keçəcək. Səbəb koronavirusun yeni “omicron” ştamının sürətlə yayılmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol