Menu

Hindistanda "MiQ-21" qəzaya uğrayıb, ölən var

24.12.2021, 22:15
Hindistanda "MiQ-21" qəzaya uğrayıb, ölən var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb."Report" xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb.

Hadisə "MiQ-21" təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda "MiQ-21"in iştirakı ilə baş verən beşinci qəzadır.

Şərhlər

Tt 2021-12-25 10:17:13

Miqlerin vaxti qedib coxdan )))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol