“Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Delta ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB rəsmisinin sözlərinə görə, ölkədə Delta ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: “Bununla bağlı bütün imkanlarımız var”.
Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsumi xəstəliklərdir: “Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, testlər vasitəsilə mümkündür və təyin olunur”.


Şərhlər