Menu

Ukrayna və Fransa HDQ gəmiləri Qara dənizdə təlim keçiriblər

31.12.2021, 00:29
Ukrayna və Fransa HDQ gəmiləri Qara dənizdə təlim keçiriblər

Fransa və Ukraynanın hərbi gəmiləri Qara dənizin şimal-qərb hissəsində birgə təlim keçiriblər.

Bu barədə dekabrın 30-da Ukrayna HDQ mətbuat xidməti xəbər verib.

Qeyd edilir ki, bu hərbi-dəniz məşqində Ukrayna tərəfdən «Yuri Olefirenko» orta desant gəmisi, Fransa tərəfdən isə "Auvergne" fraeqatı iştirak edib. Həm də Fransanın gəmi nəqliyyat-döyüş vertolyotu (NH-90) da təlimə cəlb olunub.

«Tədbirin məqsədi Qara dəniz bölgəsində təhlükəsizliyin saxlanılmasından, qabiliyyətlərin təkmilləşdirilməsindən və iki ölkə gəmilərinin ekipajlarının Şimali Atlantika Alyansı standartlarına uyğun qarşılıqlı fəaliyyətindən ibarət olub» - xəbərdə deyilir.

Gəmilərin şəxsi heyəti bir neçə məşq, o cümlədən, Fransa freqatından qəza-xilasetmə komandasının gəmidən çıxmasına kömək məşqi keçirib.

Xatırladaq ki, fransız freqatı Qara dənizə dekabrın 13-də daxil olub və üç həftə ərzində bu hövzədə qalmaq hüququna malikdir (Montryö konvensiyası).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol