Menu

Hökümətdən təbii qazla bağlı vacib qərar - Yanvarın 1-dən ETİBARƏN

31.12.2021, 12:37
Hökümətdən təbii qazla bağlı vacib qərar - Yanvarın 1-dən ETİBARƏN

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.

Qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır. 

Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol