Bakı şəhər sakini Fikrət Hüseynov çay evində bıçaqlanaraq öldürülüb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Hadisə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.


Şərhlər
Edam hökmü qayıtmasa,hələ çox ölümlərin şahidi olacağıq.