QAZAXISTANDAKI İĞTİŞAŞLARLA BAĞLI ŞOK FAKTLAR ORTAYA ÇIXDI... – “Almatı dağıdılmaq üçün idman geyimli şəxslərin ixtiyarına verilmişdi...” + VİDEO

Tokayev ruslarla birləşib Qazaxıstanda Nazarbayev “siyasi xəttini” məhv etməyə çalışır: “Tokayevə bunu bağışlamaya bilərlər...”

Qazaxıstanda bir neçə gündür davam edən iğtişaşların yavaş-yavaş səngidiyi təsəvvürü yaranır. Ancaq bu ölkədə baş verənlər əksər dünya media orqanlarının, xüsusilə keçmiş SSRİ respublikalarına aid mətbuatın əsas gündəm mövzularından biri olaraq qalmaqdadır.

“AzPolitika.info xəbər verir ki, Rusiyanın müstəqil mətbu orqanlarından sayılan “Novaya qazeta” Qazaxıstanda baş verən hadisələrin səbəbi, ssenarisi və mümkün nəticələri barədə maraqlı məqalə dərc edib.

Məqalədə ölkədə son günlər baş verənlərin xronologiyası təqdim olunur və bildirilir ki, Qazaxıstanın demək olar dörd bir yanını bürüyən etiraz mitinqləri əvvəlcə dinc xarakter daşıyıb.


Ancaq sonradan kənar müdaxilələr səbəbindən qanlı toqquşmalara çevrilib: “Dinc etirazların baş verdiyi digər şəhərlərdən fərqli olaraq, nədənsə Almatıda aksiyaya çıxanlar başlanğıcdan aqressiv və kəskin davranışları ilə seçilirdilər. Əgər yanvarın 4-də gündüz etirazçılar hansısa şüarlar səsləndirirdilərsə, artıq axşam küçədəki kütlə polis avtomobillərini yandırmağa başladılar. Şəhərə dərhal xüsusi texnika yeridildi və Tokayev fövqəladə vəziyyət elan etdi. Lakin səhərə doğru bu texnikanın əhəmiyyətli hissəsi kütlənin əlinə keçdi.

Maraqlıdır ki, Qazaxıstan hərbçiləri və güc strukturları heç də qorxaq sayılmırlar. Lakin Almatıya talançılar gələn kimi, ilk olaraq məhz onlar şəhərdən qeyb oldular.

Çoxsaylı şahidlər bildirirlər ki, şəhər tamamilə heç nədən qorxmayan idman geyimli şəxslərin ixtiyarına verilmişdi. Etirazlara heç bir aidiyyatı olmayan “gəlmələr” şəhəri dibinə qədər yandırmağa başlayıblar. Almatının şəhər administrasiyası, prokurorluq, “Nur Otan” partiyasının qərargahı, “Qazaxıstan” telekanalının binası yandırıldı.

Talançılar bankları, bankomatları qarət etməyə, maşınları yandırmağa və qarşılarına keçən hər kəsi – geri çəkilən güc strukturları təmsilçilərini və adi vətəndaşları döyməyə başladılar. Yanvarın 5-i axşam aeroport da talan edildi...”

Məqalədə daha sonra ilk olaraq spontan şəkildə başlayan hadisələrin sonradan hansısa mərkəzdən idarə olunmağa başladığı qeyd olunur və Qazaxıstandakı hakimiyyətdaxili çəkişmələrə eyham vurulur: “Bir qədər sonra Dövlət Təhlükəsizlik Komitəsinin binası və oradakı silahlar çox asanlıqla talançıların əlinə keçdi. Bundan başqa, banditlərə xüsusi avtomobillərin gətirdiyi silahlar paylandı. Saat 22.50 radələrinə qədər talanlar davam edirdi. Almatı faktiki olaraq, dağıdılmaq üçün kimlərinsə ixtiyarına verilmişdi. Bəs, kimlərin?

Tokayevin dediyinə görə, söhbət hansısa “xarici təsir”dən gedir, lakin burada Qərbin əlinin olduğu inandırıcı deyil.

Bu, fantastik görünə bilər, lakin hər tərəfi dağıdan kişilərin cəmləşdiyi bu kütlə məhz daxildə hansısa köklərə malik idi. 

Xronologiyaya diqqət yetirin - Almatıda gərginliyin kəskin forma alması qəribə şəkildə Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edilən kimi baş verdi. Sabiq prezidentin eyni zamanda bir neçə idman federasiyasına rəhbərlik edən digər qardaşı oğlu da var. Belə ehtimal var ki, həmin federasiyalardakı radikal baxışlı idmançılardan ölkədə stabilliyi pozmaq üçün istifadə edilə bilərdi...”

Daha sonra prezident Tokayevin Nursultan Nazarbayev və onun yaxın ətrafı ilə bağlı atdığı addımlara diqqət çəkilir: “Tokayev yanvarın 5-i 4 gündür ki, barəsində heç bir məlumat verilməyən Nursultan Nazarbayevin əlindən Təhlükəsizlik Şurasını faktiki olaraq aldı, baxmayaraq ki, “Elbası”(N.Nazarbayev-red.) bu vəzifəni ömürlük daşımalı idi. Ardınca isə Dövlət Təhlükəsizlik Komitəsinin toxunulmaz sayılan sədri Kərim Məsimovu vəzifəsindən azad etdi. Bundan dərhal sonra güc strukturları qəflətən şəhəri talançılardan geri almaq üçün hücuma keçdilər. Artıq yanvarın 6-sı səhərə şəhərin “cinayətkar elementlər”dən təmizləndiyi anons edildi, lakin gecə şəhərdə mütəmadi olaraq, odlu silahdan istifadə olunmaqla döyüşlər gedirdi.”

Bu yerdə “Novaya qazeta” maraqlı məqama toxunur və soruşur: “Əgər güc strukturları özləri işin öhdəsindən gələ bilmişdilərsə, KTMT-nin ordusu nəyə gərək idi? Rusiya və Belarus öz ordularını heç bir problemsiz göndərəcək. Lakin Rusiya hakimiyyətinə Qazaxıstandakı münasibətin, xüsusilə də qazaxdilli əhalinin münasibətinin gərgin olduğu nəzərə alınsa, bu, əlavə destabilizasiya yaradan faktor ola bilər. Və buna baxmayaraq, Tokayev bu addıma gedirsə, deməli özgə güc strukturlarına və ordulara etibarı özünkülərdən daha çoxdur. Perspektivdə bu, Tokayevə yox, Nazarbayevə loyal olan güc strukturlarında təmizləmələrin aparılması anlamına gəlir. Bu, həm də prezidentin başqa çıxış yolunun olmadığı üçün çox böyük riskə gedərək, Putinə və Lukaşenkoya etibar etməsi deməkdir. Əgər nəsə öz yolunda getməsə, bu, Tokayev üçün ölümcül səhv olacaq. Belədə o, təkcə KTMT-dəki tərəfdaşları ilə haqq-hesab çəkməli olmayacaq, onu həm öz vətəndaşları bağışlamaya bilər....

Göründüyü kimi, müstəqil mövqeyi ilə seçilən və mötəbər mənbələrə malik dərgi sayılan “Novaya qazeta” Qazaxıstanda adi sosial etirazlardan başlanan hadisələrin sonradan hakimiyyətdaxili qüvvələrin çəkişməsinə dair çalarlar aldığına, həmçinin, Rusiya başda olmaqla, xarici oyunçuların dövrəyə girməsinə eyham vurulur.

Qeyd edək ki, postsovet məkanında baş verən hadisələrlə bağlı dəqiq məlumatlara malik olan “Caliber” “Telegram” kanalı da baş verənlərin araxasında Moskvanın diqtəsi ilə hərəkət edə Tokayevin Qazaxıstanda Nazarbayevin siyasi xəttini “vurmaq” niyyətinin dayandığına işarə vurub.

Bunun da təsadüfü olmadığı bildirilir. Belə ki, Nursultan Nazarbayevin milli dövlət qurmaq, Qazaxıstanı Rusiyanın təsirindən çıxarmaq cəhdləri ilə Moskvanın barışmadığı və belə bir xain plan hazırladığı ehtimal edilir.

Məqalədə bildirilir: “Nursultan Nazarbayev müstəqil Qazaxıstanı qurmağa başlayanda ölkədə rusların və qazaxların nisbəti təxminən yarıbayarı idi: 1989-cu il siyahıyaalınmasına əsasən 6,5 milyon qazax və 6,2 milyon rus.

Sovet dövründə hər zaman belə olmayıb – 1970-ci ildə respublikada 5,4 milyon rus və 4,1 milyon qazax yaşayırdı (həmin dövrdə əhalinin ümumi sayı daha az idi).

2021-ci ilin əvvəlinə olan qiymətləndirməyə görə, Qazaxıstanda 13 milyon qazax və 3,5 milyon rus yaşayır. Son 30 ildə ölkədə həqiqətən müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirilib. Son illər ölkədə türk özünüdərki fəal şəkildə oyanmağa, özünüidentifikasiya güclənməyə başlayıb. Bu keçmiş metropoliya ilə etibarlı münasibətləri qoruyub saxlamaqla, tam suverenliyə gedən mərhələli, ehtiyatlı çıxış yolunun memarı məhz Nursultan Nazarbayev idi.

Görünür, o, təcrübəli siyasətçi kimi ikili hakimiyyətin risklərini hesablamağa və nəzərə almağa çalışaraq güc blokunun idarəsini özündə saxlasa da, bu yolu özü tamamlaya bilməyib. Ancaq bu kömək etmədi. Vaxt, sağlamlıq, güc, sadiq insanlar çatışmadı. Ölkələrin sözün əsl mənasında “ya-ya da” prinsipi ilə seçim etmək məcburiyyətində qoyulduğu indiki geosiyasi vəziyyət də manevrlər üçün əlverişli olmadı. Ancaq son 30 ildə o, milli oyanış çarxını işə salmaq və Qazaxıstanın ərazi bütövlüyünü saxlamaqla öz tarixi missiyasını yerinə yetirdi...”

Sözsüz ki, baş verən hadisələrə ən gerçək qiyməti zaman verəcək. Ancaq hələlik ortada olan Qazaxıstanın iqtisadi və siyasi imicinə, iqtisadiyyatına və siyasi gələcəyinə vurulan böyük zərbə, ölkəni heç bir şübhəsiz qarşıda gözləyən geriləmə, nəhayət, onlarla, bəlkə də yüzlərlə qazaxın qətlidir...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

neriman seyfeli 2022-01-07 17:45:28

Yeqin ki.Nazarbayev xalga muraciet edib istiqamet verecek ve xalq oz duzgun yolunu sececek. Ancaq gerek vaxtinda agilli muxalifeti ozu yaradaydi.

Camal 2022-01-07 12:55:33

Qazax xalqı birləşib bu ölkəni dağıtmaq istəyən satqınların cəzasını verəcək VƏ NAZARBAYEV rəhbərliyə gətiriləcək. O da satqınların dərisinə saman təpəcək İNŞAALLAH!

Cəmşid Dərələyəzli 2022-01-07 11:17:47

Bəli, Nazarbayev o Nazarbayevdir ki, Qazxstanı bu son 33 ildə Rusiyanın parçalamasından qorudu. Və bir ağsaqqal kimi, Türkdilli dövlətlərin birliyinin yaradılmasında , Qazaxstanı Türkləşdirilməsində (hansı ki, Brejniyev 70-də Qazaxstanda Xam torpaqların ram edilməsi adı ilə Qazxstanın demoqrafiyasını Rusların xeyirinə xeyli dəyişmişdir, hətta yarıs qədər belə) böyük rol oynadı.Qısacası, İndiki məqamda Qazaxstanda cinin putulkadan kimin çıxarması söz konusu olmalıdır. O cin ki, uzun illərdir könülü samannıqda olan sarı pişiyin oraya düşməsinə nədən olmuşdur.

t.ədalət 2022-01-06 21:53:29

Görəsən terrorbaşı Rüstəm Muradov Qazaxsandadır?

Türkoğlu 2022-01-06 21:51:44

Tokayev rusa satılmış milli xəyanətkardır. O öz millətini eyni zamanda Türk dünyasını satdı. .... Onun aqibəti pis olacaq

Eli 2022-01-06 19:35:26

Bu hadiseler melek olmasa da öz Milli köküne qaitmaq üçün bir çıx addımlar atan ve Türk dövletller birliyini açıq şekilde Rusiyadzn üstün tutan Nazarbaye ve ve Qazaxstanın milli maraqlarını öğdafie etmeye girişmiş milli qüvvelere Milletimin heqiqi oğullarına, ağıllı Ziyalılarına qarşıdır.Ruslara Manqurtlar lazımdır Kişiler yox.O çıx gözel qanır ki bu hadiselerin son nöqtesi gec tez Rusiyada qoyulacaq.Bu hem de Rusiyada olan Türk menşeli respublikaşarın gözünü qorxutmaq üçün atılan addımdır.

Mubariz 2022-01-06 18:52:29

ixtişaşlar Təhlükəsizlik xidmətinin rəisi işdən azad edildi və çaxnaşma başladı , tanış ssenaridir ,bizdə də çox olub , kreslo üçün xalqını satdı , Kazaklar bunu bağışlamaz . Halaldı Qırğız hökumətinə , qüvvə göndərmədi . Gözləyək görək kimlər yenə Paşikə yalvaıb qüvvə istəyəcək

Vətəndaş 2022-01-06 18:26:20

TOKAYEV..SATQIN rus VASSALI....KRESLO ÜÇÜN MİLLƏTİNİ XALQINI SATDI.

t.ədalət 2022-01-06 17:19:59

Qazaxstandakı hadisələri törədən rus kəşfiyyatçılarıdır.Ukraynanın ardınca Qazaxstanın da ayrılmasını qəbul edə bilməıyən Putin ölkəni qan çanağına döndərdi.Ancaq xalqın iradəsini zorlamaq mümkün olmayacaq.Qazaxstan Türkiyəni seçəcək.Məkrli Rusiya ilə,adətən,geniqarışıqlar yoldaşlıq edir.Tezliklə Putin və onun dastlarının törətdiyi qırğınlar bitəcək.

Son yazılar