Menu

Belarus XİN Qazaxıstan hakimiyyətinin "ölkədə nizam yaratmaq" fəaliyyətini dəstəkləyib

07.01.2022, 00:02
Belarus XİN Qazaxıstan hakimiyyətinin "ölkədə nizam yaratmaq" fəaliyyətini dəstəkləyib

Belarus XİN Qazaxıstan rəhbərliyinin hərc-mərclik və talançılığın dayandırılması istiqamətindəki səylərini dəstəkləyir.

Bu barədə yanvarın 6-da Belarus XİN-də bəyan ediblər.

«Dərin narahatlıq hissi ilə qeyd edirik ki, Qazaxıstanın bir sıra bölgələrində situasiya pisləşməkdə davam edir. Döyüşçülər tərəfindən silah arsenalı ələ keçirilib, onların zorakı fəaliyyəti nəticəsində insanlar məhv olur, zərər çəkənlərin və yaralıların sayı artır. Etirazçıların fəaliyyətinin dəqiq koordinasiyası və hüquq-mühafizə təşkilatlarına qarşı təşkil olunmuş davranışı özünü göstərir. Faktiki olaraq, söhbət zorakı çevrilişdən və Qazaxıstanda hakimiyyət dəyişikliyindən gedir» - müraciətdə deyilir.

Belarus XİN-də qeyd ediblər ki, Qazaxıstan rəhbərliyinin hərc-mərcliyin və talançılığın qarşısının alınması istiqamətindəki səylərini tam olaraq dəstəkləyirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol