"Qazaxıstan və Qazax xalqı türk dövlətlərinin dəstəyini görməli və hiss etməlidir" - Fərhad Məmmədov

Yanvarın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirləri videokonfrans vasitəsilə Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər. Xatırladaq ki, hazırda təşkilatın baş katibi Qazaxıstanın nümayəndəsidir.

TDT sözügedən ölkədə hadisələrin ilk günlərində passiv mövqe tutdu, yalnız KTMT Qazaxıstana hərbi qüvvələr göndərəcəyi barədə qərar verdikdən sonra proseslərə qoşulmağa başladı. Bəs, türk dövlətləri Qazaxıstana dəstək üçün hansı addımlar atmalıdır?

Politoloq Fərhad Məmmədov hesab edir ki, TDT iqtisadi və humanitar inteqrasiya təşkilatıdır və müvafiq olaraq Qazaxıstanın dəstəyi də bu kontekstdə ola bilər.

Onun sözlərinə insan amili təşkilat üçün çox vacibdir və bunun strateji əhəmiyyəti var: "İstənilən hökumət ictimai rəylə hesablaşmalıdır və Qazaxstanda bu fikir türk dövlətlərinə münasibətdə müsbətdir. Gələcək hökuməti seçəcək və prioritetləri formalaşdıracaq qazax xalqı ilə həmrəyliyin nümayişi vacibdir".

Ekspert xatırladır ki, TDT daxilindəki layihələr əsasən Qazaxıstanla bağlıdır və bütün layihələr bərabərlik və qarşılıqlı fayda şəraitində həyata keçirilir. O, əlavə edir ki, Özbəkistanın TDT-yə qoşulması mühüm hadisə idi və təşkilata dinamika gətirdi, ona görə də prosesin davamlılığını təmin etmək faydalıdır.

"TDT hansısa geosiyasi güc mərkəzinin layihəsi deyil, onun xarici sponsoru yoxdur və bu amil müstəqil dövlətləri cəlb edir. TDT qlobal oyunçuların məsuliyyətsiz davranışlarına reaksiyadır, belə olduqda region dövlətləri öz maraqları ətrafında inteqrasiya xətti yürütməyə başlayırlar. Əgər əvvəllər kiçik dövlətlər alternativ olaraq qlobal qüvvələr arasında seçim etməli idilərsə, TDT öz alternativinin formalaşmasına şərait yaradır. Bu, “sahibsiz əraziləri” müzakirə etməyə hazırlaşan daha böyük və güclü qonşuları qəzəbləndirə bilər. Lakin burada ərazilərin sahibləri var və bu qonşulara problem yaratmadan nə edəcəklərinə özləri qərar verirlər. Və bu, heç vaxt istifadə edilməyəcək nüvə silahı sahiblərinin qorxusundan deyil, sadəcə proseslərə qarışmamaq üçün bir inteqrasiya layihəsidir",- politoloq vurğulayıb.

F.Məmmodv bildirir ki, Qazaxıstandakı hadisələr də TDT üçün problemdir. Onun sözlərinə görə, təşkilatın gələcəyi həm də TDT ölkələrinin bu çağırışa nə dərəcədə cavab verə biləcəyindən asılıdır. 

"Qazaxıstan və Qazax xalqı türk dövlətlərinin dəstəyini görməli və hiss etməlidir",-politoloq vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar