Menu

DSMF bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb

12.01.2022, 17:18
DSMF bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb

Dövlət Sosial Müdafiə Fondu bəzi pensiyaçıların pensiyasının artmamasının səbəblərini açıqlayıb.

Fonddan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

Bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir.

Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq.

Həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək.

Şərhlər

Kasıb 2022-01-13 00:21:18

Musa Quluye ALLAH sənin və sənin kimilərin cəzasını verəcək.Qoca nə üçün camaatı ələ salırsınız.Hanı40-45% pensiya?

t.ədalət 2022-01-12 20:36:22

Camaatı avam yerinə qoymayın!Xalq bahalaşma ilə bərabər pensiya və maaşların artırılmasını istəyir.Dünən nə olub,onu cibinizdə saxlayın.

Tahir 2022-01-12 18:29:19

Gözünün içinə qədər yalan deyir. Bu məbləğ onun bircə ayda təkcə kadr təyinatı zamanı aldığı rüşvətlərin yarısı deyil. Auditin yekununda alınan rüşvət və korrupsiya pulları Əjdərdə toplanırdı və ayın yekununda Səlimə yekun n məbləğ barədə məruzə olunurdu. Yığılan pulun 70 faizi Əjdərin əli ilə Səlimə verilirdi. Əjdər bütün nazirlik nifrət edirdi və ona Əjdər Öl deyirdilər. Səlimin də axırına Əjdərin tamahı çıxdı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol