Birləşmiş Ştatlar Finladiya və İsveçlə NATO-ya daxil olmaq perspektivini müzakirə etməyə hazırdır, bir şərtlə ki, bu ölkələr uyğun istək nümayiş etdirsinlər.
Bu barədə yanvarın 11-də brifinqin gedişində ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib. Yayım DD-nin Tvitterindən həyata keçirilib.
«Hesab edirəm ki, ABŞ-ın beş administrasiyası, hansı ki, mən işləmişəm, həmişə deyilib ki, Finlandiya və İsveç «istənilən vaxt, nə zaman siz bizimlə üzvlüyü müzakiə etmək istəsəniz, biz onu etməyə hazırıq» - o, qeyd edib.
Onun sözlərinə görə, Finlandiya və İsveç istənilən digər ölkə kimi, NATO-ya daxil olmaq istəyi göstərsə, Şimali Atlantika Alyansının yüksək standartı üzrə qiymətləndiriləcək.
Bu zaman dövlət katibinin müavini qeyd edib ki, iki ölkəyə stabil demokratiya xasdır, deməli, NATO-ya daxil olmaq barədə danışıq başqa cür olacaq, nəinki demokratik sistemə keçid vəziyyətində olan digər ölkələrlə - korrupsiya və demokratiyanın sabitliyi ilə ciddi problemləri olan ölkələrlə. İsveç və Finlandiya alyansın üzvləri deyillər və bu təşkilatla həmkar-dövlət statusunda işləyirlər.
Bundan əvvəl, yanvarın 10-da İsveçin Baş naziri Maqdalena Andersson mətbuat konfransının gedişində qeyd edib ki, ölkə hökuməti xarici siyasət xəttini dəyişmək və NATO-ya daxil olmaq istəyini bəyan etmək niyyətində deyil.
Finlandiyanın Baş naziri Sanna Marin vətəndaşlara yeni ilə müraciətinin gedişində bəyan edib ki, ölkəsi NATO-ya dail olmaq üçün sifariş vermək imkanını saxlayır. Belə imkan barədə yeni il təbrikində Prezident Sauli Niiniste də xatırladıb.
AzPolitika.info


Şərhlər
Xanım V.Nuland və NATO unutmasınlar ki, Gürcüstan və Azərbaycanı hərbi işğaldan zamanında müdafiə etməmiş NATO ilə tərəfdaşlıq nələrinə gərəkmiş?