Menu

İran İnqilab Keşikçiləri Qvardiyası hərbi təlim keçirib

13.01.2022, 16:50
İran İnqilab Keşikçiləri Qvardiyası hərbi təlim keçirib

İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qərargahının Quru Qoşunları ölkənin cənub-şərqində “Məhəmməd Rəsulullah” adı altında təlim keçirib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə qvardiyanın quru qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.

Onun sözlərinə görə, təlim zamanı raket, artilleriya, pilotsuz uçuş aparatı, helikopter və zirehli texnikadan istifadə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol