Menu

Bakının avtomagistrallarında sürət həddi 20 km/saatadək endirilib

13.01.2022, 21:24
Bakının avtomagistrallarında sürət həddi 20 km/saatadək endirilib

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

"Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - BNA-dan qeyd ediib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol