Menu

BMTM rəhbəri Qazaxıstandakı hadisələrə münasibət bildirib

14.01.2022, 12:47
BMTM rəhbəri Qazaxıstandakı hadisələrə münasibət bildirib

“Bəzi insanlar Qazaxıstandakı proseslərə həqiqətəuyğun olmayan şərhlər verirlər. Hətta Azərbaycana ziyan olan məlumatları da tirajlayırlar”.

“Report”un xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Deyirlər ki, Qazaxıstanda olan hadisələr Turanın dağıdılmasıdır. Biz hadisələrə baxsaq görərik ki, proses gündəlik məsələlərdən başlayıb. Turanla bağlı məsələ isə orada heç yoxdur. Orta Asiyada daha çox Çin və Rusiya maraqları toqquşur, nəinki Türkiyə-Rusiya”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol