Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. "Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir. Hadisə nəticəsində iki uşaq ölüb.
Bir neçə mülki şəxsin yaralandığı deyilir.
Qeyd edək ki, bu, 2022-ci il başlayandan Kabildə 3-cü partlayışdır. Yeni ilin ilk günü Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb.
Yanvarın 12-də isə naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb.


Şərhlər