Menu

“Anaları koronavirusa yoluxmayıb” - Başsız qalmış uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA + VİDEO

16.01.2022, 16:36
“Anaları koronavirusa yoluxmayıb” - Başsız qalmış uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA + VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şamaxıda baxımsız qalan uşaqlarla bağlı açıqlama verib.

Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu oxu.az-a bildirib ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb: "Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Şamaxıda başsız qalmış azyaşlılarla bağlı Daxili İşlər Nazirliyindən də açıqlama verilib. 

Açıqlamada bildirilir ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir: "Yəni qadın COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib".

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” profilində paylaşım edərək, anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdə olduğunu bildirib 

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan körpələrin taleyi ilə heç bir dövlət qurumunun maraqlanmamasını da vurğulayıb.

Uşaqların görüntülərini təqdim edirik:

Şərhlər

bu da fakt! 2022-01-16 18:13:07

bu uşaqları valideynini pulsuz-parasız qoyan qurumlar(qurumsaqları) Allahın qəzəbinə gəlsin. Bu dövlətin yeraltı,yerüstü sərvətləri ən azından bunların qarnını doydura bilər. Hər halda ayaqyalın gəzməzlər. Biz hansı zamanda yaşayırıq?

Türk 2022-01-16 17:48:11

Bu kimsəsiz balaların ahı tutsun harınlamış məmurları, zənginləri. Allahım sən özün kömək ol belə məzlumlara! Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol