"MEHDİYEV AMEA-nı BATAQLIĞA SÜRÜKLƏYİB" - "BDU-da qızı və arvadı üçün rezidensiya yaradılıb"

"Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir". 

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev "Facebook" hesabında yazıb.

Deputat daha sonra bildirib ki, Ramiz Mehdiyev institut direktorları ilə icra başçıları kimi davranır: "Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın Fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur".

Etibar Əliyev daha sonra qeyd edib ki, Bakı Dövlət Universitetində (BDU) Ramiz Mehdiyevin qızı və həyat yoldaşı üçün rezidensiya yaradılıb: "Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə "Psixologiya" üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı.

Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə "Riyaziyyat" fakültəsində kafedra müdiri, müdafiə şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. 

Bir sözlə, elm bunların inhisarına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib".

635x100

Şərhlər

Veteran 2022-01-20 01:00:48

Təklif edirəm ki bu cür "qiymətli kadrı" öləndən sonra Lenin kimi dərmanda saxlayıb gələcək ,nəsillərə tədim edək.

Veteran 2022-01-20 00:56:46

Naftalin iyi verən .

Eli 2022-01-19 19:14:40

Azerbaycanda Şexsiyyetine hörmet eden Qürürlu insanlar çoxdur.Men şexsen bir jurnalist tanıyırsm , indi Haqq dünyasına qovuşub.Teqaüde çıxandan qısa bir müddet sonra ons Prezident teqaüdü verdiler ,i tez öz teqaüdünü dövlete qaytardı ki xalqdan ayıbdır.Bundan sonra o 10-12 il yaşadı, baxmayaraw ki heyat yoldaşı 15 il yataq xestesi ,oğlu aileli işsiz ,qızı isr kasıb bir müellime ailesi idi.İndi özümüz müqayise edin.Bu adam yeqin ki 10-15 min teqaüd alar plyus 3000 de tewaüd hele başqa şeyleri demirem belesi xalqın derdine yanarmı?

oleq 2022-01-19 16:29:47

dostumuz Etibar bəy elə tələbəliçiyindən bir inqlabçıdır,onu həmişə mübariz,qorxmaz və düz sözü deyən kimi tanımışam

Loğman 2022-01-19 15:40:41

bunlara elm lazımdır7 BÜDCƏ PULLARI YAP-ÇILARA-ÇILARA ÇOX ŞİRİNDİR.

SAVALAN 2022-01-19 14:06:55

Bu ....... göndərməyin vaxtı yetmədi!?........

Hərbi pensiyaçı 2022-01-19 09:24:38

Ameanıda mtnnin aqibəti gözləyir.

Etibar müəllimə 2022-01-19 09:24:27

Mehdiyevin elmi uzun illər bir qrup YAP-çılara rüşvət,büdcə yemək elmini ötrətmək.onları vəzifələrə daşımaq olub.Bu hamıya bəlli məsələditOna nə elm,nə inkişaf gərəkdir.toplayıb,çəkilib isti yerə öz keyfini çəkir.....

meslehet 2022-01-19 02:25:45

"Facebook" hesabında yazmaqdansa, Milli Meclisde, resmi bu fikrini bildir,

Vuqar Memmed.oglu 2022-01-19 00:09:57

Bu adama bir qram belə ürəyim qızmır də!

neriman seyfeli 2022-01-19 00:07:47

Yaxshisi budur ki, istirahetegetsin, artiq doran o dovran deyil.

t.ədalət 2022-01-19 00:06:51

Ramiz Mehdiyev və İsa Həbibbəyli Akademiyaya türk mədəniyyətini dağıtmnaq üçün gəliblər.Onlar istəyirlər ki,Azərbaycanın elmi tarixini də saxtalaşdırsınlar....Məsələn,akademik adı daşıyan İsa Həbibbəylinin bilik səviyyəsi çox aşağıdır.Onun yazılarında,hətta məntiqi bağlılıq belə yoxdur.....

Son yazılar