Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” radikal hərəkatı Türkmənistan hakimiyyəti ilə qısa adı TAPİ deyə bilinən, “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru kəməri”nin tikintisinin bərpası ilə bağlı danşıqlara başlayıb.
Musavat.com xarici agentliklərə isitnaədn xəbər verir ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla ilk görüşmə gerçəkləşdirilib.
Bundan başqa radikal hərəkatın nümayəndələri Türkmənistanda təhsil alan, lakin hakimiyyət çevrilişindən sonra Kabildən çıxa bilməyən onlarla əfqan tələbəsinin yenidən geri qayıtması üçün rəsmi Aşqabadla razılığa gəldiklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, hələ ötən ilin avqustunda “Taliban”ın nümayəndəsi Süheyl Şahin radikal hərəkatın TAPİ qaz kəmərinin buraxılışında maraqlı olduğunu söyləmişdi. Bundan başqa Şahin taliblərin digər iri iqtisadi layihələrə qoşulmağa çalışdığını dilə gətirib.
TAPİ qaz kəmərinin tikintisinə 2015-ci ildə başlanıb. Uzunluğu 1735 kilometrə çatan bu kəmər Türkmənistanın “Qalkınış” təbii qaz yatağını Əfqanıstanın ərazisi vasitəsilə Pakistan və Hindistanla birləşdirməli idi.


Şərhlər