Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Bildirilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.
FOTO: Firudin Səlimov


Şərhlər