Menu

NATO qüvvələrini Bolqarıstan və Rumıniyadan çıxartsın - Rusiya israr edir

22.01.2022, 00:38
NATO qüvvələrini Bolqarıstan və Rumıniyadan çıxartsın - Rusiya israr edir

Avropada təhlükəsizlik qarantiyası üzrə Rusiyanın təklifi o cümlədən, NATO qüvvələrinin Bolqarıstandan və Rumıniyadan çıxarılmasını da nəzərdə tutur.

Rusiya XİN yanvarın 21-də KİV-in suallarına cavabında belə deyilir.

Rusiya XİN-də izah ediblər ki, Bolqarıstan və Rumıniya üçün Rusiyanın NATO-nun 1997-ci il konfiqurasiyasına qayıdışı tələbi nə deməkdir.

«Bizim təşəbbüsümüzün xatırladılan dayaq nöqtələrindən biri bilərəkdən çox dəqiq formalaşdırılıb və hər hansı ikili şərhə yer qoymur. Söhbət xarici qüvvələrin, texnikanın, silahların çıxarılmasından gedir - 1997-ci il konfiqurasiyasına qayıtmaq məqsədilə, NATO üzvü olmayan ölkələrin ərazisindən çıxarılmasından gedir. Belələrinə Bolqarıstan və Rumıniya aiddir» - XİN təsdiqləyib.

AzPolitika.info

Şərhlər

TT 2022-01-22 15:49:08

Putin uje OFIQEL. !!!

t.ədalət 2022-01-22 11:30:42

Çox səfeh və axmaq bir təklifdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol