YOLUXMA SAYI KƏSKİN ARTDI - Koronavirus statistikası
Baxiş sayı:
Dərc olunub:
22/01/2022 - 16:34
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib, aktiv xəstə sayı 11 671 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, ötən müddət ərzində isə ümumilikdə 6 056 428 test aparılıb.
Qeyd edək ki, dünən ölkədə koronavirusa yoluxanların sayı 1 068 nəfər olub, 17 nəfər isə ölüb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Şəki Mərkəzi Xəstəxananın girəcəyinə "Qəzet köşkü" qoyaraq antisanitariya vəziyyətində Peraşki bişirib satırlar....Deyilənə görə Peraşki bişirənlərin özləri xəstədirlər..Aidiyyatı qurumlar bu qanunsuzluqlara göz yumurlar ?