Menu

ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir

22.01.2022, 20:13
ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarını təxliyə edir

ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "Fox News"un jurnalisti Lukas Tomlinson adları açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin təxliyəsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl "Bloomberg" adlarıı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol