“İcra başçısının Şəhidlər xiyabanından qovulması xəbəri yalandır...” – Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə və bəzi saytlarda rayonun icra başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması haqda yayılmış xəbərləri təkzib edib.

“AzPolitika.info” xəbər verir ki, rayonun icra hakimiyyəti sözügedən məlumatlarda adı keçən şəhid Bəxtiyar Xəlilovun bacısına mümkün olan dəstəyin göstərildiyini bildirib: “Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir”.

İcra hakimiyyətindən verilən məlumatda göstərilir ki, şəhid Xəlilov Bəxtiyar Əlamət oğlu Birinci Qarabağ müharibəsi zamanı 03.05.1994-cü il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, şəhid olduğu vaxt subay olub, atası və anası isə müxtəlif vaxtlarda vəfat edib.

Məlumatda qeyd olunur ki, şəhidin bacısı, 1963-cü il təvəllüdlü Xəlilova Zülfirə Əlamət qızına məxsus evin tikintisi zamanı çiy kərpicdən istifadə olunduğu üçün tikili zamanla aşınmalara məruz qalıb və qəzalı vəziyyətə düşüb. 2018-ci ildə yağmış leysan yağışları nəticəsində qəzalı ev dağılıb. Sonradan evin çiy kərpicdən tikildiyi müvafiq qurumlar tərəfindən müəyyən edildiyindən evin bərpası mümkün olmayıb.

İcra hakimiyyətindən bildirilib ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına uyğun olaraq şəhidin bacısı Xəlilova Zülfirə Əlamət qızının Şəhid Ailəsi statusu olmadığından ona müvafiq qaydada evin verilməsi mümkün olmayıb. Belə ki, qanunvericiliyə əsasən yalnız şəhidin həyat yoldaşı, valideynləri və uşaqları Şəhid Ailəsi statusuna malik olur.

Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Xəlilova Zülfirəyə evi dağıldıqdan sonra Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kirayə haqqının ödənilməsi üçün 2018-ci ildən hər ay müvafiq qaydada maddi yardım edilir. Sözügedən xanımın 20 Yanvar 2022-ci il tarixinidə Xaçmaz Rayonunda Şəhidlər xiyabanında yenidən icra başçısına müraciət etdiyi və onun elə həmin gün qəbul edildiyi bildirilir.

Məlumatda qeyd olunur ki, vətəndaşın öz istəyinə uyğun olaraq 2022-ci ilin mart-aprel aylarında dağılmış evinin bərpası ilə əlaqədar tikinti materialları ilə köməklik göstəriləcəyi bildirilib, həmçinin Zülfirə Xəlilovanın müraciəti əsasında səhhətində yaranan problemlərlə bağlı müayinələrin aparılması üçün müvafiq tapşırıqlar verilib. O da bildirilir ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid ailələri və Qarabağ qaziləri daim diqqət mərkəzində saxlanılır.

635x100

Şərhlər

Veteran 2022-01-26 01:03:31

...r.Bunu bədbəx edib qoyublar.

TT 2022-01-25 20:55:53

Yalan

Ramiz 2022-01-25 18:24:24

Gülməli təkzibdir.Sizcə Xaçmazın icra hakimiyyəti doğrudur deyər?

Son yazılar