Menu

Ölmüş kimi qeydiyyata alınan qadının pensiyası bərpa edilib

26.01.2022, 21:13

"Bəzi sosial şəbəkə səhifələri və KİV-də Ağcabədi rayon sakini Əliyeva Hamayıl Məmiş qızının vəfat etmiş şəxs kimi qeydiyyata alınaraq pensiyasının dayandırılması barədə yayılan məlumatla əlaqədar bildiririk ki, həmin vətəndaşın pensiyasının ödənişi hazırda davam edir".

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya ödənişi prosesi elektron sistemlər üzərindən avtomatlaşdırılmış qaydada, aidiyyəti qurumların informasiya bazalarına inteqrasiya şəraitində həmin bazalardakı məlumatlara istinad edilməklə həyata keçirilir:

"Aidiyyəti orqanın informasiya bazasında vətəndaşa məxsus FİN nömrəsi altında başqa şəxsin vəfat etdiyi rəsmiləşdirildiyindən pensiya üzrə e-sistemdə də bu ödəniş avtomatik dayandırılıb. Onun müraciəti araşdırıldıqdan sonra ödəniş bərpa edilib. Növbəti ödəniş günü – yanvarın 28-də vətəndaşın almadığı pensiya da daxil olmaqla tam ödənişi həyata keçiriləcək" - deyə, o qeyd edib.

Şərhlər

Rahib 2022-01-26 23:15:40

Sahil Babayev başda olmaqla ƏƏSM nazirliyi xalqın ən çox və açıq aydın nifrət etdiyi dövlət qurumudur. Və bu nazirlik xalqın dövlətə olan ümid, inam, etibar və hörmətinə vurduğu zərbəni ümumilikdə bütün dövlət qurumları vurmur. Və Sahil bunu gülə- gülə, irişə-irişə edir.....Maraqlıdır...

Həsən 2022-01-26 23:08:49

ƏƏSM nazirliyi son 2 ildə bütün gücünü pensiyaların mümkün qədər kəsilib dogranmasına fokslandırıb və əməkdaşlardan davamlı bu tələb olunur bu sahədə " fərqlənənlər" seçilir deyə əməkdaşlar da çox vaxt " ag" eləyirlər. Bu hələ KİV-lərə çatan məlumatlardır. Əslində belə faktlar o qədərdi ki...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol