"Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb".
Bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, cari ildə də manatın məzənnəsi sabiyt olacaq və dayanıqlılığı qorunub saxlanılacaq.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 milyard 688 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, 2020-ci illə müqayisədə 8,4 % azdır.
Təkcə dekabr ayında ARDNF-in valyuta satışının məbləği 989,1 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 55,1 % çoxdur.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2022-2025-ci illər üçün manatın dollara nisbətən orta məzənnəsini 1,7AZN/1 ABŞ dolları səviyysində proqnozlaşdırır.
“Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 ABŞ dolları/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq, valyuta bazarında hökumətin mütəmadi müdaxilələri buna imkan yaradır”, - agentlik qeyd edir.

Şərhlər
Cənab sədr.... hökumətin mövqeyi aydındır, başa düşdük ki, ARDNF-in vəsaitləri hesabına manatın sabitliyinin qorunub saxlanması davam edəcək; bəs Mərkəzi bankın mövqeyində niyə bu qədər aydınlıq yoxdur (yəni, bankın meqarequlyator statusunun olması ilə olmaması arsında fərq nədədir və ya nədə görünməlidir, əgər məzənnə, inflyasiya və iqtisadi artım məsələlərində həlledici sözü ölkə hökuməti deyirsə ???)....sənəd də deyilir ki, məzənnə sabit qalır və qalacaq, hökumətin müdaxilələri hesabına; eyni zamanda iqtisadiyyatda inflyasiya yüksəlir və yüksələcək, nəticədə manatın alıcılıq qabiliyyəti düşür və düşəcək, bütün bunlar labüddür..... inflyasiya səviyyəsi əhalinin gəlirlərinin artım səviyyəsini üstələdiyindən əhalinin real gəlirlərin azalması davam edəcək.......bu səbəbdən tədiyyə balansına neqativ təsirlər güclənəcək...iqtisadiyyatın neft gəlirlərindən asılılıq səviyyəsi qorunub saxlanacaq, üstə gəl ARDNF-in ilin sonuna gözlənilən mənfi balansı....sonra??? ....PS. Birdə deyirsiz..."Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb"...... əhalinin təşvişi azalıb və əhalinin inamı artıb - eyni mənalı ifadələr deyil !!!