Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Xaçmazda fəaliyyət göstərən "Çoban Bulaq” İstirahət Mərkəzində də generalın payı var. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.

Aybəniz Şıxəliyeva
"Çoban Bulaq” İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində "Çoban Bulaq” MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.

Elgün Şıxəliyev
"Çoban Bulaq” İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 "besedka” fəaliyyət göstərir.
Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda bu obyektə baxış keçiriləcək. Mövlam Şıxəliyevin digər əmlakları kimi, "Çoban Bulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyulacağı güman edilir.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyev də MTN-nin digər vəzifəli şəxslərinin cinayət işinə baxılır.

Şərhlər
Babayqa ))))
........ Babayqaya oxshayir) o dunyada cib yoxdu ay yaziqlar,,,,
Belə cinayətkarı Azadlıq meyandanda asçaq lazındır !
"Azpolitika"nın çox maraqlı yanaşması var. Şərhləri seçim qaydasında verir, bəyəndiyini (sərf etdiyini) verir, bəyənmədiyini arxivə yola salır.
Doğrudan da çox unikal xalqıq. Bu fərd sahibkarların qanını soranda hara baxırdı Baş Prokurorluq və bu gün hara baxır? Bu juliklər zəli kimi insanlarımıza qənim kəsiləndə onun hərəkətinə stop qoyası kimsə tapılmadı? Unikallığımızın nədən ibarət olması barədə bir neçə kəlmə. İki eşşəyin arpasını bölə bilməyən belələri məclislərimizə təşrif buyuranda az qalırıq xalça kimi ayaqlarının altına döşənək, süfrəmizin başında onu otuzdururuq, ən ləziz yeməkləri onlara veririk. Burada dövlətdən əlavə əsas günahkar Azərbaycan vətəndaşıdır. İctimai qınaq deyilən bir anlayış var. Əgər hər birimiz belələrini iqnor etsələr, inanın səmimiyyətimə onların quduz hərəkətlərinin qarşısı müəyyən qədər alınar. Mövlam Şixəliyev əslində kim olub? İnandırım ki, heç kim. Bəlkə də təhsil aldığı ali məktəbdə ən savadsız və ən axırıncı tələbə olub. Mövlam kimi neçə mütəxəssislər var ki, bu gün də işsiz qalıblar. Avropa niyə belə inkişaf edib? Çünki orada işi bilənə, Azərbaycanda isə istəyənə verirlər. Yaltaxlığı, məddahlığı, girənliyi bacarırsansa, buyur yuxarı başa. Ona görə bu gündəyik. Apardığım təhlillər və gəldiyim nəticələr bunu deməyə əsas verir. Bu gün icra başçılarının, prokurorların, hakimlərin övladları dövlət strukturlarında çalışırlar, böyük əksəriyyəti də Mövlam Şixəliyevin bənzərləridir. Onlar da bir neçə ildən sonra dönüb olurlar Mövlam Şixəliyev. Sonra da bir başımıza döyürük, bir də .......Bu dövlətdə belə hərəkətlərə rus dilində круговая порука, yəni qarşılıqlı məsuliyyət deyirlər. Dövlətin maraqlarını qoruyacaq az saylı insanlar var. Bunlar idarəetmədən kənarlaşdırılmalı, tam təcrid olunmalıdırlar. Bunun üçün hamımız ölkə başçısına yardımçı olmalıyıq, çünki onun komandası belə yaramazlığa rəvac verirlər. Allahın rəhmi gəlsin bu millətə.
Mövlan Şıxaliyevin Şəkidə də əmlakı var.. Onun Şəki də əmlaklarını qoruyan Şəki suvarma Sistemlər İdarəsinin müdiri Sabir Əhmədli və bacısı oğlu Məmmədir ? Məmməd də Artezian qazılması idarəsinə rəhbərlik edir ?
Ən yaxın qohumu Azərpoçtun keçmiş direktoru Emin Əfədiyevin adında olan şirkətlərdə bunundur.
Doğrudan da çox unikal xalqıq. Bu fərd sahibkarların qanını soranda hara baxırdı Baş Prokurorluq və bu gün hara baxır? Bu juliklər zəli kimi insanlarımıza qənim kəsiləndə onun hərəkətinə stop qoyası kimsə tapılmadı? Unikallığımızın nədən ibarət olması barədə bir neçə kəlmə. İki eşşəyin arpasını bölə bilməyən belələri məclislərimizə təşrif buyuranda az qalırıq xalça kimi ayaqlarının altına döşənək, süfrəmizin başında onu otuzdururuq, ən ləziz yeməkləri onlara veririk. Burada dövlətdən əlavə əsas günahkar Azərbaycan vətəndaşıdır. İctimai qınaq deyilən bir anlayış var. Əgər hər birimiz belələrini iqnor etsələr, inanın səmimiyyətimə onların quduz hərəkətlərinin qarşısı müəyyən qədər alınar. Mövlam Şixəliyev əslində kim olub? İnandırım ki, heç kim. Bəlkə də təhsil aldığı ali məktəbdə ən savadsız və ən axırıncı tələbə olub. Mövlam kimi neçə mütəxəssislər var ki, bu gün də işsiz qalıblar. Avropa niyə belə inkişaf edib? Çünki orada işi bilənə, Azərbaycanda isə istəyənə verirlər. Yaltaxlığı, məddahlığı, girənliyi bacarırsansa, buyur yuxarı başa. Ona görə bu gündəyik. Apardığım təhlillər və gəldiyim nəticələr bunu deməyə əsas verir. Bu gün icra başçılarının, prokurorların, hakimlərin övladları dövlət strukturlarında çalışırlar, böyük əksəriyyəti də Mövlam Şixəliyevin bənzərləridir. Onlar da bir neçə ildən sonra dönüb olurlar Mövlam Şixəliyev. Sonra da bir başımıza döyürük, bir də .......Bu dövlətdə belə hərəkətlərə rus dilində круговая порука, yəni qarşılıqlı məsuliyyət deyirlər. Dövlətin maraqlarını qoruyacaq az saylı insanlar var. Bunlar idarəetmədən kənarlaşdırılmalı, tam təcrid olunmalıdırlar. Bunun üçün hamımız ölkə başçısına yardımçı olmalıyıq, çünki onun komandası belə yaramazlığa rəvac verirlər. Allahın rəhmi gəlsin bu millətə.
Atatürk pr. - de narincin binasında onundu..
Aidiyyatı qurumlar həbs olunanakimi hara baxıblar ??? Vəzifə öhdəliklərini yerinə yetirə bilməyən məmurlarada cəza verilməlidir ki, başqalarıda özləri üçün ibrət dərsi götürsün !
Ve men inanıram ki ,bütün bu neqativ hallar ölke rehberliyi terefinden aradan qaldırılacaq.Ne esaslanıram?Prezidentin meşhur bir kelamı var:”Men neyin ne vaxt ve nece hell edileceyini çox gözel bilirem”.
Ancaq bezi nazirlik ve qurumlar da tarixe düşecekler.DİN “ Hacı Memmedov ve onun cinayetkar destesi”,MTN Hacı Memmedovun hemkarlarının “fedakarlığı “ neticesinde yaradılmış “Eldar Mahmudov ve onun komandasının Veten ve. Millet qarşısında tarixi xidmetleri,Müdafie nazirliyi,prokuratura ve mehkeme siztemi “Terter işine” göre tarixde qalacaqlar.
Basqalarinin emlakini ele kecirib bele varlanan murdarlar ailelikce zelil edilmelidirler,Cunki eve gelen pullarin oqurruq olduqunu aile de cox gozel bilib.
Pul lazımdı ona göre
Azerbaycan Xalqı men deyerdim dünyada en dözümlü,metin Qehreman Xalqdır.Bunu o Müzeffer Sli Baş Komandanın Şanlı Qalib Ordumuza rehberliyi sayesinde 30 illik Qarabağ probleminin hellinde bğtün dünyaya isbat etdi,baxmayaraq butun dünya işğallçını mğdafşe edirdi ve bu Qelebeni Tarixe yazdı.Azerbaycan bu Qelebeni nece qazandı onu bir Allah bilir.Adi bir fakt:30 milliondan artıq azerbaycanlı yaşayan İran İslam respublikası 30 ilde xristian ermenini mğdafie etdi.
Tamamilə Doğrudur. AZƏR BƏYİ ALQIŞLAYIRAM.
Nəyə görə VAXTINDA belə özbaşınalıqlara göz yumurlar? İşdən çıxasan SONRA bu əmlaklar ÜZƏ çıxır? HALBUKİ ONA şərait yaradanlar, icazə verənlər cəzalanmalıdır.
Bu Dünyada belke de bizden sözün heqiqi menasında Qüdretli ve Kişi Millet yoxdur.Daxili işler nazirliyi”Hacı Memmedov be onun komandası” müemması ile,Milli Tehlükesizlik nazirliyi Hacı Memmedovun iş yoldaşlarının yaratdığı “Milli Qehreman Eldar Mahmudıv ve onun komandası,Müdafie Nazirliyi ise “Terter İşi” ile yadda qalacaq Azerbaycan Xalqı ise Ali Baş Komadan başda olmaqla Qalib Müzeffer bir Ordu kimi Tarixe düşecek ki Qarbagı düşmenden temşzleyib öz halal haqqını qaytardı.
Pencəyinə qədər nəyi varsa əlindən alınıb müsadirə edilməli, özünə də azı 20 il iş verilməlidir. Allah hər iki dünyada lənət eləsin
Fexr etmemek olmur bizim bu “Generallarla”.Bezi ağzıgöyçekler de deyir ki bizim hüquq mühafize orqanlarında işleye yüksek çinli memurlar işlemir.Ayıb olsun onlara.Tenbel adamın bu qeder varidatı olar,hamusı paxıllıqdandır.Bu hele “ ilişen” generallarin “emeyinin” behresidir.Gör hele o birilerde neler var.