“UKRAYNA: BÖYÜK TƏHLÜKƏLƏR AYI” - "Rusiya ordusu hücuma keçə və bir həftə ərzində Kiyevə çata bilər"

Rusiyanın ultimatumuna ABŞ və NATO-dan rədd cavabı verilib və indi söz Rusiyadadır. Belə görünür ki, Vladimir Putin ona görə maksimal tələblər qoyur ki, Qərb hansısa güzəştlərə getsin. Əlbəttə, Rusiya Ukraynanın müəyyən bir hissəsini işğal edə bilər, lakin Kremldə bunun sonrakı nəticələri barəsində də düşünürlər. Kreml həmçinin Avropa dövlətləri arasındakı ziddiyyətlərdən də istifadə etməyə çalışır. Qərblə münasibətlərin korlanması heç də Rusiyaya yaxşı gələcək vəd etmir. Avropadan uzaqlaşmaq və Çinlə ifrat yaxınlaşmanın sonunun necə olacağı isə Rusiyanın özünə də tam bəlli deyil.

”AzPolitika.info” sözügedən məsələ ilə bağlı beynəlxalq mətbautda gedən bəzi fikirləri oxuculara təqdim edir.

Fransanın “Les Echos” qəzeti “Ukrayna: böyük təhlükələr ayı” məqaləsində mövcud geosiyasi vəziyyəti anlamağın və böhranın ciddiliyinin düzgün dəyərləndirilməsinin vacib olduğunu qeyd edir: ”Əgər biz geosiyasi vəziyyəti yaxşı anlamaq və onun inkişaf perspektivini bilmək istəyiriksə, o zaman ilk olaraq belə hesab etməliyik ki, bütün tərəflərin addımlarının əsaslı səbəbləri var.

Ukrayna böhranının ciddiliyini dəyərləndirmək üçün hamının nə üçün başqa cür yox, məhz belə hərəkət etməsi aydınlaşmalıdır.

Birincisi, ruslar imkan verə bilməzlər ki, rus dövlətinin beşiyi sayılan Ukrayna Qərb alyansına üzv olsun. Amma vaxtilə ABŞ Prezidenti ata Corc Buş Sovet İttifaqı dağılanda təntənəli surətdə söz vermşdi ki, Ukrayana heç zaman Rusiyaya düşmən olan NATO-ya qəbul edilməyəcək.

İkincisi, ukraynalılar da haqlı olaraq deyirlər ki, kənardan heç kim onların taleyini həll etməməlidir. Ukraynalılar iddia edirlər ki, əgər onlar Avropa Birliyinə və NATO-ya birləşmək istəyirlərsə, bu, onların özündən və gələcək tərəfdaşlarından asılıdır. Onların konstitusiyasında da belə yazılıb.

İndi Rusiya tələb edir ki, ABŞ və onun müttəfiqləri özlərinin köhnə öhdəliklərini yerinə yetirəcəklərini təsdiq etsinlər. Yəni Ukraynanın heç zaman NATO-ya qəbul olunmayacağını və Rusiya sərhədinə yaxın olan Avropa ölkələrində strateji nüvə silahları yerləşdirməyəcəklərini bəyan etsinlər. Amma amerikalılar və həmçinin avropalılar belə bir söz verməyə hazırlaşmırlar.

Ruslar düşünə bilərlər ki, indi diplomatik yolla əldə edə bilmədiklərini hərbi yolla qazanmağın ən yaxşı məqamıdır. Moskva öz qətiyyətini nümayiş etdirməkdən ötrü Ukrayna sərhədi boyunca texniki təchizat səviyyəsi yüksək olan 100 minlik təcrübəli əsgər yığıb. Qar əriyəndən sonra rusların zirehli texnikası ildırımsürətli hücumla bir həftə ərzində Kiyevə çata və sonra isə ruslar güc yoluyla hakimiyyətə Rusiyapərəst birisini otuzdura bilərlər. Məqam tam vaxtında seçilib, belə ki, avropalıların və amerikalıların buna mane olmaq üçün çoxsaylı vasitələri yoxdur. Avropalılar Rusiya qazından məhrum olmaqdan qorxurlar. Almaniyanın yeni kansleri Moskvanın hələ ki, tam etibarını qazanmayıb, Fransa isə yaxın beş ayda seçkiqabağı kapmaniya ilə məşğul olacaq. Başı daxili problemlərə qarşan ABŞ-ın da mövqeyi zəifdir. Amerika cəmiyyəti hətta bir əsgərinin belə həyatının Ukrayna ərazisində riskə atılmasına hazır deyil.

ABŞ-da hətta bu yaxınlarda bəyan ediblər ki, Rusiya Ukraynaya təcavüzü özlərinin ən başlıca təzyiq vasitəsi olan SWIFT ödəmə sisteminə Rusiya banklarının girişinə qadağa qoyulması riskini daşıyır. SWIFT-dən məhrumetmə Rusiya iqtisadiyyatını dünya maliyyə sisteminin dibinə çəkər və Qərbi xoşagəlməz nəticələrlə üz-üzə qoyar. Həmçinin, Rusiya qazının Avropaya tədarükünün pozulması Rusiya enerjidaşıyıcılarının yuanla satılmasına başlanması demək olar. Bu, Rusiya-Çin ittifaqının möhkəmlənməsinə, dolların kəskin geriləməsinə və ümumi nəticədə dolların dünyada xammalın yeganə ödəniş bazası olmasına ciddi zərbə vurar.”

Böyük Britaniyanın “Financial Times” qəzeti isə “Qərb Rusiyaya bildirib ki, NATO-nun qapıları yeni üzvlər üçün açıq olacaq” məqaləsində bundan sonra nələr baş verə bilcəyinə toxunub: ”Rusiyanın tələblərinə rədd cavabı verilib, lakin buna baxmayaraq alyans Moskvanın müdaxilədən imtina edəcəyinə ümid bəsləyir. Kreml özünün hansısa müdaxilə planı olmasını təkzib edir, amma digər yandan tələbləri geri çevriləcəyi təqdirdə buna cavab verəcəyini bildirir.

ABŞ və NATO bəyan edib ki, Transatlantik alyansın qapıları yeni üzvlər üçün açıqdır və beləliklə də Rusiyanın təhlükəsizliklə bağlı yazılı tələblərini qəbul etməyib. Bu, Ukrayna böhranının nəticəsini müəyyənləşdirə bilər.

ABŞ rəsmiləri bundan sonra Putinin hansı yolla gedəcəyini bilmirlər. ABŞ Dövlət katibinin müavini xanım Vendi Şerman xəbərdarlıqla deyib ki, fevralın ortasına kimi Rusiyanın hücuma keçəcəyinin bütün əlamətləri ortadadır. ABŞ və Avropa məmurları Rusiya banklarına qarşı bir sıra tədbirlər həyata keçirəcəklərinə söz veriblər. Ukraynaya qarşı hərbi müdaxilə olarsa, Rusiyanın beynəlxalq ödəmə sistemi SWIFT-dən çıxarılacağı və onun Qərb texnolgiyasına girişinin məhdudlaşdırlacağı söylənilir ki, bu da böyük valyuta rezervinin mənbəyi olan enerji sektoruna ciddi zərbə deməkdir.

Bayden deyib ki, cəza tədbirlərinin hədəfi şəxsən Putin ola bilər, ABŞ Dövlət katibi Blinken isə əlavə edib ki, atacaqları addımlar Prezident Putini dərindən narahat edən sferalara toxunacaq.

Amma bütün bunlara baxmayaraq, sanksiyaların miqyası ilə əlaqədar Qərb müttəfiqləri arasında müəyyən fikir ayrılığı var. Almaniya və Fransa gərginliyin azaldılması üçün yenidən “Normand formatı”na qayıtmaq istəyir.”

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-01-30 14:43:55

Əgər belə olsa Piter patsanının və Rusiyanın dağılması həm xaricdən ,həmdə daxildən dərhal baş verəcək.Bunsuzda Risiyanın sonu yaxınlaşır..

t.ədalət 2022-01-30 11:22:49

Çinlə Rusiya dostluq qura bilməz.Çinin kommunist rejiminə etibarı qalmayıb.Onlar,artıq Rusiyanı dost yox,xammal mənbəyi hesab edirlər.İkincisi,Rusiyanı da Çinə heç nə bağlamır.Əsasən,ərsiz və seks köləsi olan rus qadınları balaca boy və ehtirassız çinliləri sevmirlər.Rus qadınları,bəlkə də parnofilmlərdə "bəyəndikləri" zəncilərə daha çox bağlıdırlar..

Son yazılar