ABŞ Prezidenti Co Baydenin qeyri-kompetent və zəif siyasəti üçüncü dünya müharibəsinə gətirə bilər.
Belə bəyanatı keçmiş ABŞ Prezidenti Donald Tramp yanvarın 29-da Konro şəhərində (Texas ştatı) öz tərəfdarlarının qarşısında çıxışı zamanı səsləndirib.
«Baydenin zəifliyi və qeyri-kompetentliyi üçüncü dünya müharibəsi riski yaradır» - o, deyib.
Tramp əlavə edib ki, Baydenin prezidentlik dövründə KXDR raket atışlarının sayını rekord miqdara qədər artırıb. O, həmçinin ordunun Əfqanıstandan çıxarılmasının zəif idarə olunduğunu qeyd edib.
AzPolitika.info


Şərhlər