Menu

Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb

31.01.2022, 15:27
Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb

Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

"Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Mətbuat Xidmətindən bildirilib.

Şərhlər

qaraguruh 2022-02-01 01:49:24

insanlıq ölüb--bütün qırmızı xətlər keçilib--hanı milləti sevən Bəxtiyarlar və onunkimilər--bir ölkədəki körpə uşaqlar öldürülür--demək ki bu ölkənin günəşi batır--ama heç haray salan yoxdur-- yatın---ayılmayacaqsınız onsuzda--ayılsanız belə gec olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol