TAĞI ƏHMƏDOVUN AYAQLARI TUTULUB - "Həkim yoxdur, olsaydı, məni sağaldardı" (Yenilənib)

"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”. Bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. 

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib: "İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.

***

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib. Yenisabah.az xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşaiyət edib.

T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, sözügedən klinika T. Əhmədovun özünə məxsusd

635x100

Şərhlər

Veteran 2022-02-03 01:17:26

Sən yenidən "yerin altına "gir.Oralar üçün darıxmısan.O saat sağalacaqsan.

Roma 2022-02-02 10:40:34

Ayağ tutulmasın neyləsin, 40 ildən çox bir dövr ərzində, yemə-içmə əmək haqqını topla, onu da gəlib əlindən alsınlar. Məncə, şair təbiətli hörmətli-izzətli, yurnalistlərə "burcutma" rəqsinə görə iradını bildirən Tağı Sadiq, çox dəyanətli şəxsiyyətdir. Belə ki, 40 ildən çox bir müddətdə əmək haqqını sənin əlindən alsınlar, səndə yaşayasan-yaradasan, bu özü bir igidlikdir. İkincisi sənə müraciət edən o alim dostun və onun tanışları, mərmər məsələsini nəzərdə tuturam, 2 milyonu alıb qaytara bilməsinlər, bu da dözüm istəyir. 3-cüsü də bu ayaq məsələsi, məncə Tağı müəllim, Allah eləməsin, ayaqsız qalsa belə, bədənində bir istinad nöqtəsi taparaq, özünü yıxılmağa qoymaz. Eşq olsun Tağı müəllimə və mən ona Ulu Tanrıdan şəfqət diləyirəm...

t.ədalət 2022-02-02 03:03:04

Bütün xəstələrə Allah şəfa versin!

HƏRAY HƏZİ 2022-02-02 01:17:10

ALLAH şəfasını versin. Yaxşı əməlləri də az olmayıb. Azərbaycan milli adət-ənənələrinə, milli musiqisinə, muğamlarımıza dəyər verib. Bir də ki, oğlunun başqa bir çox hakimlərlə müqayisədə ədalətli olmasını da Tağı müəllimin aktivinə yazmaq olar.

musa 2022-02-01 23:52:47

hardandır bizdə bu qədər kin küdurət ?

Əli 2022-02-01 22:52:34

Bu adamın həqiqətəndə dediyi kimi xəstə olduğuna inanmaq bir qədər çətindir. Ola bilsin özünü siğortalamaq və KİV-in təzyiqlərindən qurtulmaq üçün belə bir şaiyə ortaya atıb, eynilə Elmar Vəliyev kimi!

TT 2022-02-01 22:46:58

Taqi mellim, pul kômek elemir ?( ola bilmez ,,,,,,,,,,,

Sebeb 2022-02-01 20:32:58

Fransada yasayan ekstrasens Elman Eliyev texminen 2 il evvel youtubda demisdi ki eger Tagi ehmedov pulumu vermese men ona edeceyimi bilirem ele buradan Fransadan.

Xeqani 2022-02-01 18:06:32

Taladığınız pullar hanı xərclə canını qurtar.feyziyevə də de onun ALLAH bilir harası xərəb olacaq oğurluq pulları xərcləyin yūkūn altından çıxįn...

Türk Turan 2022-02-01 16:38:11

Yediyiniz haram pullar ayağınızın altından çıxır. Hələ harasıdır ki, Qiyamət günü bundan daha pis vəziyyətə düşəcəksiniz.

Camal 2022-02-01 16:22:12

Xəstə adama xoşagəlməz sözlər yazmaq düzgün deyil. Məncə bu adam heç kimə pislik etməyib. Allah şəfa versin.

Onu tanıyan 2022-02-01 15:57:28

Yalan üzərinə qurulan həyat belə də olmalıdır.Harampul,sələmə vermək !Hələ arasıdır.Onun görəcək əziyyətli günləri qabaqdadır.Kaş dili tutulaydı.ı

raul 2022-02-01 15:07:09

HeAllah boyukdur.her kese emeline gore gelecek nesib edeceh.Hele harasidir?Onun gorecek gunleri irelidedir.

Roma 2022-02-01 13:56:39

Tağı Əhmədov, əgər səni Türkiyədə və Almaniyada sağalda bilməyiblərsə deməli, ""Həkim yoxdur, olsaydı, məni sağaldardı" deməyin nə dərəcədə düzdür??? Bu bir, ikincisi, sənin, özünə məxsus "Ömür" klinikasında müalicə almağın və s. imkanların olduğu halda, bəs onda Məşədi İbad demişkən: "Biz bisavadlar neyləyək". 3-cüsü hər kimsədən, səndən alınan qədər milyonlar (əgər bu düzdürsə) alınsaydı, nəinki ayaqları hətta o dünyalıq olardı, sən şükür elə ki, sağsan. 4-cüsü birdə çox fikir eləmə, o milyonları alın təri ilə qazanmamışdın ki, indidə ah-uf edəsən, necə deyərlər, "haynan gələn, vaynan gedər"...Allah şəfanı versin...

esger 2022-02-01 13:55:45

1,5 ildən artıqdır ki, ayaqlarım tutulub Bu cur vəziyyətdə olan Əhmədov niyə YAP rayon təşkilatının sədr vəzifəsindən istefa ərizəsini yazmayıb Deməli müalicə əvəzinə bu gücnən işə çıxırdı və yuksək maaş alırdı Özü özünü bu hala salıb

Bashirov Qarib 2022-02-01 13:31:51

Heç olmasa indi anlayar ki sələmə pul vermək heç də yaxşı iş deyilmiş

tufan 2022-02-01 13:27:27

Bunlar belədirlər də . Dükanları bağlanan kimi əlil olurlar. Bunları vəızifə və qazandıqları haram pullar saxlayır.

Son yazılar