Menu

“Rusiya ordusu 600-dən çox müasir texnika alıb” - Şoyqu

01.02.2022, 15:39
“Rusiya ordusu 600-dən çox müasir texnika alıb” - Şoyqu

Rusiya Silahlı Qüvvələri 2025-ci ilə qədər Rusiya Federasiyasında ölçmələrin vahidliyinin təmin edilməsi strategiyasının həyata keçirilməsi çərçivəsində artıq 600-dən çox müasir texnika alıb.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Vurğulamaq istəyirəm ki, Silahlı Qüvvələrdə ölçü vahidliyinin təmin edilməsi sisteminin inkişafı müasir texnologiyalarının tətbiqinə, qoşunların ən müasir yüksək dəqiqlikli və digər silah növləri ilə yenidən təchiz edilməsinə birbaşa təsir göstərir. Strategiyanın icrası zamanı Müdafiə Nazirliyi hərbi ölçü texnikası parkını müntəzəm olaraq yeniləyir - artıq 600-dən çox ən son model qoşunlara çatdırılıb”, - Şoyqu vurğulayıb.

Şərhlər

Veteran 2022-02-03 01:27:02

Öz başınızda çatlayacaq İNŞALLAH !.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol