Menu

“Ürək-damar xəstəlikləri olan bütün pasiyentlər vaksin vurdurmalıdır” - Kardioloq

02.02.2022, 15:27
“Ürək-damar xəstəlikləri olan bütün pasiyentlər vaksin vurdurmalıdır” - Kardioloq

“Koronavirus yeni olduğundan elmi araşdırmalar tam deyil. Ona görə də virusun günəş şüaları təsirindən məhv olması barədə dəqiq nəsə demək mümkün deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu deyib.

Onun sözlərinə görə, vaksinasiya COVID-19-dan qorunmağın yeganə yoludur: “Ürək-damar sistemi xəstəlikləri olan bütün pasiyentlər əlavə yan təsiri olmayacaqsa mütləq şəkildə peyvənd olunmalıdır. Vaksin olunan şəxslər xəstəliyə yoluxsa da, bunu yüngül keçirmiş olacaqlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol