Menu

"Müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı" - Dövlət başçısı

02.02.2022, 20:43
"Müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı" - Dövlət başçısı

Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtkı iqtidar Gəncəni bombalayırdı.

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev deyib ki, müharibəni aparmaq üçün bütün amillər olmalıdır, bütün amillər - güc, iradə, cəsarət, vətənpərvərlik və xalqın, necə deyərlər, birliyi və xalqın hazır olması: “Baxın, bizdə müharibə dövründə bir nəfər də fərari olmamışdır. Amma Birinci Qarabağ müharibəsində olmuşdu. Nə üçün? Çünki o vaxt inam yox idi. O vaxt müharibə gedə-gedə ovaxtki iqtidar Gəncəni bombalayırdı. Təsəvvür edirsənmi? Burada torpaqlar əldən gedir, bunlar isə bax, burada, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox. İnam yox idi və orada torpaqlar əldən gedirdi, burada isə bu yaxın yerlərdə, bu Milli Məclisin qabağında mitinqlər təşkil edirdilər, biri-birini ittiham edirdilər, boş-boş sözlər deyirdilər, vədlər verirdilər. Hamısı da boş idi. Ona görə xalq da hazır olmalı idi”.

Şərhlər

t.ədalət 2022-02-03 00:01:40

Qarabağ savaşına qoşulanlar müeharibəyə könüllü gəlmişdilər.Onlar böyük qəhrəmanlıq göstərdilər.Sadəcə olaraq,o vaxtkı iqtidarın başında duran Əbülfəz Əliyev,İsa Qənbər və müd.naziri rəhim qazıyev səriştəsiz və təsadüfi adamlar idilər.Son savaşda olduğu kimi,o vaxt da ərazilərimiz zalım rus ordusunun müdaxiləsi altında idi.Əlbəttə,ordumuz indiki qədər hazırlıqlı və silahla təchiz olunmuş vəziyyətdə deyildi.Əgər Türkiyə dəstəyimiz olmasaydı Putin yenə də ərazilərimizi poliqona çevirəcəkdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol