Menu

“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq” - Ermənistanda prezidentliyə namizəd

03.02.2022, 01:17
“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq” - Ermənistanda prezidentliyə namizəd

Ermənistanda Hakim Vətəndaş Razılaşması Partiyasından prezidentliyə namizəd Vahan Xaçaturyan Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının yanadır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə V.Xaçaturyan Ermənistan İctimai Televiziyasının efirində danışıb.

“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. “Sülhə məcburetmə” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz”, - V.Xaçaturyan bildirib.

O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. V.Xaçaturyan bildirib ki, münasibətləri ilkin şərt olmadan normallaşdırmaq olar.

Şərhlər

Xeqani 2022-02-03 12:17:11

Ay xay(erməni) sizin axı sözūnūzlə əməliniz heç vaxt dūz gəlməyib.indi də ALLAH bilir yenə nə fırıldağınız var belə guya mūsbət fikirlər söyləyirsiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol