Menu

Macarıstanın “Exim Bank”ı Qarabağın bərpasına vəsait ayırmaq istəyir

03.02.2022, 11:45
Macarıstanın “Exim Bank”ı Qarabağın bərpasına vəsait ayırmaq istəyir

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırıq”.

"Report" xəbər verir ki, bunu Macarıstanın “Exim Bank”ının regional direktoru Robert Grillijov deyib.

O, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında danışıb.

“Biz bərpa ilə bağlı təcrübəmizi Qarabağda da tətbiq etməyə hazırıq. Ümumiyyətlə isə macar şirkətlərinin fəaliyyətinin qlobal miqyasda genişlənməsini qarşımıza məqsəd qoymuşuq”, - deyə bank rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol