Menu

PAŞİNYAN İÇİB, PUTİNİ TƏHQİR EDİB - Gürcü nazir şoka düşüb

06.02.2022, 10:00
PAŞİNYAN İÇİB, PUTİNİ TƏHQİR EDİB - Gürcü nazir şoka düşüb

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 fevral tarixlərində Ermənistana səfər edib. Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə İrəvana gələn gürcü nazir həmçinin baş nazir Nikol Paşinyanla da görüşüb.

Ermənistan mətbuatı isə bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxalanıb.

Belə ki, rəsmi görüşlərdən əlavə gürcü nazir həmkarı və Ermənistan baş naziri ilə qeyri-rəsmi nahar masasında görüşüb. Bu məclis sözün əsl mənasında Ermənistan hökuməti üçün böyük rüsvayçılığa çevrilib.

Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.

Sözügedən vəziyyətdən gürcü nazir şoka düşüb. O, Nikol Paşinyanın başqa bir dövlətin nümayəndəsinin yanında Rusiya prezidentinin ünvanına bu cür fikirləri necə səsləndirə bilməsindən heyrətə gəlib.

Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib. (oxu.az)

Şərhlər

Roma 2022-02-06 13:52:07

Vuqar Memmed.ogluna: Yazırsan ki, "Nikol kişi adamdı,AFƏRİN!"... böyük səhvin var nikol heç kişi deyil, o kişi cinsindən olsada, ayağısürüşkən qadından da betərdi, gah Moskvanın, gah da Qərbin qucağına qoyur gündəyməzini... və sənə bir sual verirəm "Qarabağ ermənistandır...və nöqtə deyən bir erməniyə necə yaraşdırdın kişi sözünü, get ağzını yaxala...

Vətəndaş 2022-02-06 12:35:29

Düşmən ölkənin prezidenti Putini pasılat eliyir,düz eliyir,görür ki Putinə yaltaqlanmağın axırı yoxdur və bunun bizə xeyri var. Rus 200 ildir bizim erməninin əli ilə qanımızı içir. Ancaq düşmən ölkənin başçısının Putinə söyməyi zordur.

Roma 2022-02-06 11:45:10

Rusiya 200 ildir ki,erməniləri, bu torpaqlara yerləşdirib və bir vasitə kimi, onlardan Cənubi Qafqazda istifadə edir. Götürək elə axırıncı Qarabağ savaşını, Rusiya gizlin olaraq bacardığı qədər ermənilərə köməklik etsədə və eyni zamanda özünü guya bitərəf tutsada, Qarabağ Azərbaycandır desədə, konfliktin birdəfəlik həllinə imkan vermədi. İndi Paşinyan Rusiyanı və onun rəhbərini söysədə Rusiya onun üzərinə açıq şəkildə getməyəcək və özünü kar-korluğa vuracaq...Qarabağda rus icması adı ilə bir ən uzağı 5-10 arvad, ərləri erməni olan və onlardan törəyən uzağı 10-15 övladlarına "çox böyük sevgi və sayğı göstərməyə başlayıb. Bakıda və deyərdim ki, sumqayıtda nisbətən bir qədər az Azərbaycan məktəblərinə yerlər boş qalsa da rus məktəblərinə, bölmələrinə basırıqlıqdır...Biz rusu sevirik, mahnıda deyildiyi kimi, səni sevəcəyəm, sən sevməsəndə"...

Bitərəf vətəndaş 2022-02-06 11:19:57

Qlobal idarə də qeybətlər, comərd görünən siyasi satqınlıqla daha zənginmiş? KTMT gərəkdisə, SSRİ və Varşava müqaviəsini niyə buraxdılar?

Roma 2022-02-06 09:51:40

Paşinyan Putini söysə də, nə döyüləcək, nə söyüləcək...Rusiya erməninin nazı ilə oynamağa məcburdur...

Vuqar Memmed.oglu 2022-02-06 01:20:57

Nikol kişi adamdı,AFƏRİN!

t.ədalət 2022-02-06 00:51:46

Nəhayət,Paşik kimin söyülməli olduğunu dünyaya bəyan etdi.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol