Menu

Bakıda ağır yol qəzasında iki gənc qız yaralanıb

06.02.2022, 10:03
Bakıda ağır yol qəzasında iki gənc qız yaralanıb

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1997-ci il təvəllüdlü Əsgərova Ləman İlqar qızı və 1993-cü il təvəllüdlü Salmanova Təbriz Rövşən qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol