Menu

Dövlət Agentliyi səhiyyə sahəsindəki nöqsanlarla bağlı vətəndaşlara müraciət edib

07.02.2022, 11:40
Dövlət Agentliyi səhiyyə sahəsindəki nöqsanlarla bağlı vətəndaşlara müraciət edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sahəsində qarşılaşdıqları nöqsanlarla bağlı vətəndaşlara müraciət edib.

"Report"un xəbərinə görə, Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov bildirib ki, neqativ halların sıfırlanması zaman istəyir.

O, vətəndaşlara çağırış edərək deyib ki, neqativ hallarla qarşılaşdıqda agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Qaynar xətti"nə məlumat versinlər.

"Bu gün dərman təchizatı ilə bağlı daha böyük işlər görülür. Yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək. Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq", - A.Nəsirov vurğulayıb.

Şərhlər

Vətəndaş 2022-02-07 12:17:24

Dövlət Agentliyi öncə səhiyyədə ikili idarəçiliyin ləğvini (TƏBİB də Nazirlik ),sonra da yanlış kadr siyastini düzəltməyin vacibliyini anlamalıdır.Bunlar normallaşmadan səhiyyədən danışmağın yeri yoxdur.Səhiyyə Şirəliyevin təyinatından bu günə qədər p hala gətirilb ki, insanlarda ora üraciət etmək üçün vəsait oxdur,imkanı olanlar da xaeici ölkələrə üz tuturlar.Bir düşünün,aylıq məvacibi 300-500 manat olan əhali əməliyyat üçün 3000-6000 manat nrcə əldə edib müraciət edə bilər?İki ildir sığorta pulu tutulur,amma bu gün hələ insanlar nə edəvəyini,ecə müraciət edəcəklərni bilmir.əs bu pullar hara gedir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol