DEPUTATDAN AMEA PREZİDENTİ İLƏ BAĞLI YENİ ŞOK İTTİHAMLAR – “Bəlkə bu sənədlər xüsusi sifarişlə Mehdiyevə ötürülüb?!”

Fəzail Ağamalı: “Qalina Yuryevnadan aldığı “ev tapşırıqları” Mehdiyevi stimullaşdırır...”

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Prezidenti, akademik Ramiz Mehdiyevin ətrafında baş verənlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr davam edir. Mehdiyev tərəfindən AMEA-nın Tarix İnstitutunun direktoru, professor Kərim Şükürovun cəzalandırılması cəhdi uğursuzluğa düçar olduqdan sonra AMEA Prezidentinə qarşı müxtəlif alimlərin və hətta akademiklərin açıq mətnlə tənqidlərinə rast gəlinməyə başladı. Alimlər, ziyalılar və siyasətçilər bu mövzuda sərt çıxışlar etsələr də, Ramiz Mehdiyev “müdrikcəsinə” susur, ona qarşı səsləndirilən tənqid və ittihamları, eləcə də istefa tələblərini qulaqardına vurur.

“AzPolitika.info” bu mövzunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müzakirə edib:

- Fəzail bəy, Ramiz Mehdiyev yenə tənqid hədəfindədir. Sizcə, AMEA Prezidenti olduğu son 2 ildə onun mütəmadi olaraq tənqidlərə məruz qalması nə ilə bağlıdır?

-Əslində, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işləyəndə də tənqid olunurdu və o, illər uzunu əkdiyi qanqalın toxumunu son illər daha intensiv şəkildə yığmağa başlayıb. Onun Prezident Administrasiyasının rəhbəri postundan azad edildikdən və AMEA-nın Prezidenti vəzifəsini tutduqdan sonra akademiyanı çökdürən, elmimizə ağır zərbələr vuran anormal, qeyri-adekvat və cəmiyyət tərəfindən mənfi qiymətləndirilən fəaliyyəti göz önündədir. Mən bir neçə gün öncə müəllif yazımda bununla bağlı fikirlərimi ifadə etmişəm və dediklərimi təkrarlamağa ehtiyac görmürəm. Artıq onun akademiyadakı yarıtmaz fəaliyyəti haqqında akademiklərin, professorların, ziyalıların da kəskin və obyektiv xarakter daşıyan rəyləri tədqim olunub. Ancaq Ramiz Mehdiyev ona ünvanlanan tənqid və iradlara cavab vermir və susmaqda davam edir. Sanki özünün məğlubedilməzliyini və yenilməzliyini sübut etməyə çalışır.

Onun pis vərdişi var. Uzun illər inzibati-amirlik metodu ilə işləyən, özündən yüksəkdə dayanana baş əyən, özündən aşağı səlahiyyəti olanı isə hər an əzməyi həyat normasına çevirən R.Mehdiyev bu cür davranışla və naftalin iyi verən dünyagörüşüylə nəcib, ruhən müstəqil və yaradıcı elm xadimlərilə işləyə, elmimizi müasir çağırışlara cavab verə biləcək səviyyəyə qaldıra bilməz.

Digər tərəfdən elmdə ögey-doğmalığa yol vermək olmaz. Elm sağlam rəqabət və sağlam mənəvi-psixoloji mühitdə yaranır, inkişaf edir və ciddi nəticələr verir.

- Yəni ki, akademiyada bu mühit yoxdur...

- Bütövlükdə akademiyada elmi mühitdən başqa nə istəsən var. Bir misal çəkmək istərdim. Son illər Azərbaycan tarix elmində ciddi tədqiqatlar aparan, məhsuldar institut kimi önə çıxan Tarix İnstitutu və ona son bir ildə rəhbərlik edən tanınmış tədqiqatçı alim Kərim Şükürovu hədəfə çevirmək, institutun fəaliyyətini bloklamaq bu elm ocağının çırağını söndürməyə hesablanıb. Bir neçə gün öncə Azərbaycan tarix elminə böyük töhfələr verən professor, əməkdar elm xadimi, Respublika Dövlət Mükafatı laureatı Tofiq Mustafazadənin mətbuatda gedən bir açıqlaması R.Mehdiyevin ermənilərin niyyətlərinə sədaqətlə xidmət etməsini ortaya qoydu. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ərəfəsində Ramiz Mehdiyevin rəhbərliyi altında Tarix İnstitutunun əməkdaşı Nigar Gözəlovanın təşəbbüsü və təsisçiliyi ilə “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair fars dilli sənədlər (erməni icmasının timsalında)” toplusu nəşr olunub. Topludakı sənədlərin əksəriyyətinin İrəvandakı Mətndaran Əlyazmalar İnstitutundan götürülməsi qeyd olunur. Nigar Gözəlovanın hər zaman azərbaycanlılara yasaq edilən bu məkandan, həm də erməni və fars dillərini bilmədən sənədləri necə əldə etməsi ciddi suallar və şübhələr doğurur. Bəlkə bu sənədlər xüsusi sifarişlə R.Mehdiyevə ötürülüb?! Çünki müəlliflər həmin topluda erməniləri Qarabağda gəlmə, köçürülmə deyil, yerli toplum, xalq kimi təqdim edirlər. Bu “əsər”in saxta olmasına qarşı çıxanlar isə R.Mehdiyevin hücumuna məruz qalır. Sizcə, buna dözmək, göz yummaq olarmı?!

- Cəmiyyətin fərqli nümayəndələri Ramiz Mehdiyevi istefaya səsləsə də, AMEA rəhbəri bu çağırışları qulaqardına vurur. Sizcə, niyə?

- Hikkəsi, ambisiyası, üstəlik Azərbaycana qarşı mənfi münasibəti, ola bilsin ki, həm də həyat yoldaşı Qalina Yuryevnadan aldığı “ev tapşırıqları”, necə deyərlər, onu stimullaşdırır.

- Sizcə, yaranan vəziyyətdən çıxış yolu nədir?

- Yeganə çıxış yolu R.Mehdiyevin AMEA Prezidenti vəzifəsindən getməsi, bu elm ocağına ciddi islahatlar apara biləcək müasir, peşəkar və menecerlik qabiliyyətinə malik, elm ictimaiyyəti arasında böyük nüfuz sahibi olan alimin gəlməsi və respublikada elmi mühitin canlanmasının təmin olunmasıdır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Toğrul 2022-02-08 23:27:11

Ramiz Ənvəroviçlə bərabər İsa Həbibov da getməsə,düzəlməz.

Eli 2022-02-08 18:27:04

Deyesen bizim sonumuzdut ki, bele ağsaqqallarımız var.Allah Ulu Hüseyn Cavide rehmet elesin.Deyib:Derde bax,Millete bax ,niyyete bax,Ölülerden diriler feyz alacaq.Göresen biz bu ağsaqqallarla hara kim gede bileceyik

Samir 2022-02-08 16:55:45

Görünür qocalmış, əldən düşüb yararlıgını itirən Ramiz artır Rusiyaya lazım deyil və onu daha cavan və enerjili biri ilə əvəz edəcəkdir. Maraqlı tərələr isə bunu guys narazılıq və ictimai narazılığa görə edildiyi görüntüsü yaratmaq istəyir. Yoxsa F.Agamalının çapı, və happadı deyil ki, Ramizə kəllə atsın.. Ramizin urvatsız yola salınması isə daxili intriqaların maragındadır.f

Türk Turan 2022-02-08 16:50:11

Xalqımız ramiz mehdiyev kimilərinə qarşı etiraz səsini ucaltmalı, bütün alimlərimiz və ziyalılarımız cənab prezident İlham Əliyevdən bunun kimi xainlərin dərhal həbs edilməsini xahiş və tələb etməlidirlər.

Nazim 2022-02-08 16:26:02

tek ozu yox yaxin etrafi da hebs edilmelidir

miri 2022-02-08 15:53:31

onu asmağa ilk kəndir gətirən öz "çörək verdiyi yetim" olacaq.

Veteran 2022-02-08 15:36:31

Ramiz Mehdiyev və onun kimi antimilli ünsürlər Azərbaycanı,xalqı,milləti 50 il geri saldılar. Allah bunlara nəhlət eləsin.Onsüzda cəzalanacaqlar.Az qalıb.

Son yazılar