RAMİL USUBOVUN RƏİS OĞLU CƏRİMƏLƏNDİ - Külli miqdarda qaz borcu yaranıb

Keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcu yaranıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, “Azəriqaz” tərəfindən Novxanıda yerləşən istixanada yoxlama aparılıb. Məlum olub ki, 1,48 hektarlıq ərazidə yerləşən və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün qurulan kompleks 61 min manata yaxın qaz sərfiyyatı edib.

Usubovlar məbləğin 11 min manata yaxın hissəsini ödəsə də, yerdə qalan məbləği ödəməkdən imtina ediblər.

Buna görə də “Azəriqaz” onlara qarşı məhkəmə iddiası qaldırıb və istixanaya qaz verilməsi dayandırılıb. Eyni zamanda Raul Usubov da məhkəmədə əks-iddia qaldıraraq borcun əsassız yerə yazıldığını qeyd edib.

“Azəriqaz”ın nümayəndəsi bildirib ki, laboratoriya yoxlaması zamanı sayğacda nasazlıq aşkarlanıb və itirilmiş qazın dəyəri 50 min manat hesablanıb. Bu borc sayğaca müdaxilə kimi deyil, itirilmiş qazın dəyəri əvəzinə hesablanıb.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim bu qənaətə gəlib ki, “Azəriqaz” qanunvericiliyin tələblərini pozmaqla ərazidə yoxlama aparıb və istixananın sayğacını xəbərdarlıq etmədən dəyişdirib. Hakim hesab edib ki, “Azəriqaz”ın apardığı yoxlama qanunsuzdur.

Məhkəmə Raul Usubovun iddiasını təmin edib və “Azəriqaz” tərəfindən yazılmış 50 min manatlıq borcun silinməsi barədə qərar çıxarıb.

Həmçinin, qərarda göstərilib ki, Raul Usubovun məhkəmə iddiası üçün ödədiyi 30 manat rüsum da “Azəriqaz”dan tutularaq ona qaytarılsın.

Qeyd edək ki, sözügedən ərazidə Usubovların yaşayış villası da yerləşir.

635x100

Şərhlər

Veteran 2022-02-11 01:00:17

Bunların pulu biz kasıblardan çıxmalıdır ay "hakim" deyilən adam?

ELSAD 2022-02-09 22:05:36

Azpolitika,bawliqi duz ver. Yazginen ki,R.Usubov mehkemede AZERIQAZi udub,ustelik 30manatini da alib.Haqq yerini alib

Eli 2022-02-09 21:02:56

Mehkemenin qerarı alqışa layiqdır.50 min manatı deye bilmerem ancaq 30 manat mütleq qaytarılmalıdır ki ,Haqq Edalet berqersr olsun.Ne qeder olmasa da Raul müellim böyük zehmetle polkovnik rütbesine çatıb.

oleq 2022-02-09 20:49:43

bu saxta məhkəmələr nə vaxta qədər vəzifəlilərin qulu olacaqlar....

oleq 2022-02-09 18:35:42

bu nə humanist məhkəmə imiş?necə olur sıravi vətəndaş "Azərqaz"ın yanından yel olub keçə bilmir?

Cəmaləddin 2022-02-09 15:48:59

Məhkəmənin qərarı anlaşılan deyl.Məgər Azəriqaza borc olmayıb?Qaz istifadə olmayıbsa ilk ödəmə niyə aparılıb?Bu obyektin sayqacı,göstəricisi,Azəeiqazla müqavilə omayıb? Yoxsa R.Usubov xofu!

Sahib 2022-02-09 13:08:42

Bəs necə olub ki,qazdan ayıq Azqaz işçiləri əhalinin qazını kəsdiyi kimi bunun qazını kəsməyiblər.Axı uu borc bir ayda yaranmayıb.bir də ki. bu necə kənd tıəsərrüfatı ilə məşğuldur? Buda aydn deyil.Sadəcə oliqarxlar Azərbaycanın torpaqlarını öz aralarında bölüşdürüblər bə çoxu da baı saxlayıb.Bunun nəicəsidir ki,bz buğdanı,almanı,portoğalı, vədigər kənd təsərrüfat məhsullarını xaricdən alırıq.Ölkə üzrə bu shədə monitorinq parılmalı.belə sahələr oliqarxlardan alınıb zəhmətkeş kəndlilərə verilməlidir.

Son yazılar