Son 6 ayda 100-ə yaxın əfqan qaçqını İran əsgərləri tərəfindən güllələnib. “AzPolitika.info” xəbər verir ki, bu barədə bir çox dünya KİV-lərində məlumat dərc edilib. “Tolo News” Nirmuz əyalətinin yerli rəsmilərə istinadla xəbər verir ki, qeyri-qanuni yollarla İran İslam Respublikasına daxil olmaq istəyən 100-ə yaxın əfqan qaçqın İran təhlükəsiz qüvvələri tərəfindən güllələnərək öldürülüb və yüzlərlə insan döyülüb. Öldürülənlərin cəsədləri “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra altı ay ərzində Əfqanıstana təhvil verilib.
Herat Qaçqınlar və Repatriasiya İdarəsinin rəhbəri Mövlavi Əbdülhai Manibin sözlərinə görə, son altı ayda döyülən 460-dan çox yaralı İrandan İslam Qala sərhəddindən Əfqanıstana daxil olub: “Döyülmüş, qolları və ayaqları sınmış insanlar var”.
Əfqanıstan xəstəxanalarından ölüm və çoxlu yaralının olması ilə bağlı xəbərlər gəlir. Nimruz Xəstəxanasının baş tibb bacısı Ceylani Şərifinin sözlərinə görə, xəstələr və yaralılar İrana sərhədi keçmək istədikləri zaman sərhəddə döyülüblər: “16 yaşlı Söhrabın cəsədi İrandan Herata yeni gəlib. O, İsfahanda İran əsgərləri tərəfindən güllələnərək öldürülüb. Söhrab qeyri-qanuni yollarla İrana iş tapmaq üçün getmişdi”.
Müraciətlərə baxmayaraq, İranın Heratdakı konsulluğu və İranın Kabildəki səfirliyi şərh verməkdən imtina edib.
Laçın SƏMLA
“AzPolitika.info”


Şərhlər
Özünü müsəlman ölkəsi adlandıran İranın əfqanları güllələməsi,onu göstərir ki,İran müsəlman yox,ən münafiq ölkədir.Türkiyə Suriya və ona bitişik ərazilərdən qaçqın düşənləri,sığıncaq istəyənləri öz sərhədləri daxilində düşərgələrə yerləşdirdi.Qocalara,qadınlara və körpələrə himayədarlıq etdi.Bəs,İran?Amma yəhudilər də həmin əfqanları öldürməz,bir tikə çörəyini əfqan mühacirlərindən əsirgəməzdi.İran müsəlmanlar üçün böyük təhlükə mənbəyidir.Allah zalımın bəlasını gec-tez verəcək!
iran Türkiyə deyil ki, milyonlarla qaçqını qəbul eləsin. Bu lənətlənmiş vicdansızların ancaq zəiflərə gücü çatır.