PUTİNİN BÖYÜK AĞ MASASI... - Güc nümayişi, yoxsa paranoya?

Son dövrlər Vladimir Putinin ayrı-ayrı dövlət başçıları ilə görüşləri zamanı istifadə edilən masalar analitiklərin böyük marağına səbəb olub. Bununla bağlı Putinin görüşdüyü şəxslərin üzərində təsir yaratmaq istəyindən tutmuş, hansısa gizli ismarıclar verməsinə qədər müxtəlif versiyalar irəli sürülür. Sözügedən mövzu bir sıra beynəlxalq KİV-lərdə geniş işıqlandırılır.

“AzPolitika.info” xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzetinin “Putinin nəhəng masası: güc nümayişi və ya paranoya?” başlıqlı məqaləsində də bu mövzuya toxunulur.

Həmin məqaləni təqdim edirik: ”Bəzək və mebelə böyük önəm verən hakimiyyətlər üçün bu, əlavə təsir yaratmaq, heyran etmək və qorxutmaq üsuludur. “Bondiana”da (Ceyms Bond filimləri) canilər öz sığınacaqlarında içərisində köpək balıqları üzən akvariumlar saxlayırlar. “Taxt-tac oyunları” serialında hakimiyyətin əsas rəmzi məğlub edilmiş düşmənlərin qılınclarından hazırlanan hündür dəmir taxtdır.

Real həyatda isə özünün böyük ağ masası ilə Vladimir Putin var. Rusiya lideri yüksək vəzifəli xarici qonaqları uzunluğu təxminən beş metr olan və iri sütunlar üzərində dayanan nəhəng dəyirmi masa arxasında qəbul etmək adətinə tutulub. Masanın ortasına isə içində güllər olan vaza qoyulub.

O ki qaldı mebel effektinə, bu xüsusda dünya liderləri içərisində Putin heç də tək deyil. Şimali Koreya rəhbəri Kim Çen Inın kitab rəflərinin sayı o qədərdir ki, hətta bu, kiçik bir kitabxanaya belə yetər.

Çin lideri Si Çzinpin pandemiya zamanı “Böyük Çin Səddi”nin təsvir edildiyi iri həcmli mənzərənin fonunda videoçıxışlar edirdi.

Liviyanın keçmiş diktatoru Müəmmar Qəddafi böyük və işıqlı çadırda görüşlər keçirirdi. Ola bilər ki, o, bu gedişlə özünün sadə bədəvi mənşəyinə eyham vurmaq niyyətində olub. Qəddafi səfər etdiyi bütün yerlərdə öz çadırını qururdu, hətta meqapolislərdə - Romada, Nyu-Yorkda və digər şəhərlərdə.

Malayziyanın keçmiş baş naziri Maxatxira Mohamadın da geniş masası olan və cəlbedici təəssürat yaradacaq iş otağı vardı. Hərçənd ki, deyilənə görə o, nahar yeməyindən sonra həmin masanın üstündə yatarmış. 

Bəs, Putin bu masa vasitəsi ilə nəyəsə gizli işarəmi vurur, yoxsa ümumiyyətlə ortada hər hansı bir eyham yoxdur?

Bu yaxınlarda o, özünün üç ayaqlı masası arxasında Fransa Prezidenti Emmanuel Makronu qəbul edib. Söhbət zamanı Makron deyib ki, Rusiya və Ukrayna arasında gözlənilən müharibənin önünü kəsmək üçün “tarixi həll yolunu” tapacaq. Lakin beş saatlıq görüşdən sonra Makron Putindən heç bir güzəşt qopara bilməyib.

Hətta belə bir fikir gəzir ki, Makronu tabe etdirməkdən ötrü və öz fiziki etinasızlığını ifadə etmək üçün bu masanın seçilməsi güc nümayişidir. Amma bunun təkcə siyasi jest olmadığı da istisna deyil. Bəlkə Putin üçün əsas məsələ koronavirusa yoluxmamaqdır?...

Yanvarın əvvəlində Putin elə həmin masanın arxasında Macarıstanın baş naziri Viktor Orbanı da qəbul etmişdi. Moskva bu görüşü liderlər arasında isti dostluq nümayişinin sübutu kimi təqdim etmişdi, hərçənd ki, onlar bir-birilərindən xeyli uzaq oturmuşdular.

Buna bənzər masa pandemiyadan öncə də gözə dəyirdi, amma onun arxasında bir neçə nəfər əyləşirdi. Bu gün Putin açıq şəkildə xarici liderləri özünə yaxın buraxmır, hətta mətbuat konfransında da onların tribunları çox aralı qoyulur. Bəllidir ki, koronavirusa yoluxmaq qorxusu ilə bağlı 69 yaşlı Rusiya Prezidentinin paranoyası var. Bütün pandemiya boyunca o, öz “süfrəsi”nin içərisində yaşayıb. Kreml əvvəlki kimi Putinlə görüşəcək insanları iki həftəlik karantindən sonra onun yanına buraxır. Bu isə çoxsaylı narahatçılıqlar yaradır. Xəbər verilir ki, Moskvada iri mədəniyyət mərkəzinin açılışından qabaq Putinlə görüşəcəyi üçün oranın direktoru iki həftə ərzində karantində oturub.

Amma təhlükə duymasına baxmayaraq, Putin bir nəfərlə görüşüb. Pekində keçirilən qış olimpiadasının açılışında onunla Si Çzinpin kameralar qarşısında yanbayan dayanaraq, Qərblə gərgin münasibətlər fonunda mütəffiqliklərinin sarsılmazlığını nümayiş etdiriblər...”

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2022-02-12 01:02:25

Makron siması olmayan, murdar erməni seçicilərinin quyruqlarından sallanan, fransız xalqı tərəfindən küçələrdə şapalaqlanan ..... məxluqdur.....

turan 2022-02-11 14:05:50

Süleymana qalmayan dünya Putinə heç vaxt qalmaz

Son yazılar