Menu

"İki “Sinovac”, üç “BioNTech” vaksini vurdurmuşam" - Ərdoğan

11.02.2022, 16:11
"İki “Sinovac”, üç “BioNTech” vaksini vurdurmuşam" - Ərdoğan

“Xəstəliyi yüngül keçirdim. Təbii ki, burada vaksinin də faydası oldu. Mən iki “Sinovac”, üç “BioNTech” vaksini vurdurmuşam”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Peyvəndlərin təsiri ilə xəstəliyi rahat şəkildə və qısa zamanda geridə qoydum”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol