AMEA prezidenti Ramiz Mehdiyevin akademiyanın rəsmi saytında dərc etdiyi məqalə odun üstünə sanki yağ töküb. Deputatlar, ictimaiyyət nümayəndələri, ekspertlər onun dərhal istefaya göndərilməsini tələb etməyə başlayıb. Bu tələblə Milli Məclisin rəhbər şəxsləri və üzvləri, akademiklər, elm xadimləri, politoloqlar, siyasi partiya nümayəndələri də çıxış edir. Amma bu qalmaqalda diqqətçəkən bir məqam var:
Ramiz Mehdiyevin məsələsi AMEA-da müzakirə olunmur, qurumun Rəyasət Heyəti üzvləri, başqa rəhbər strukturların nümayəndələri onun haqqında bir kəlmə də olsun danışmır. İndiyə qədər heç bir kollegial qurumda onun istefaya getməsi məsələsi qaldırılmayıb.
Əksinə, Mehdiyevin hər həftə keçirdiyi toplantılarda bir nəfər kimi iştirak edir, çıxışılar, məruzələr edib AMEA-da işguzar mühitin olduğuna dair görüntü yaradırlar. Paralel olaraq rəhbərə sədaqət nümunəsi göstərilir. Görünür, R.Mehdiyev akademiya sükanı arxasına keçəndən dərhal sonra apartdırdığı “maliyyə yoxlamaları” ilə bir çoxlarının dilini-ağzını bağlamağa müvəffəq olub...
Gözləmək olardı ki, Ramiz Mehdiyevin 2 gün əvvəl yayımladığı qalmaqallı məqalə, nəhayət, bu qurumları hərəkətə keçirəcək. Çünki sözügedən yazıda AMEA prezidenti açıq şəkildə siyasi sistemə qarşı çıxış edir, bu zaman müxalifətin istifadə etdiyi epitetlərdən, ifadələrdən gen-bol yararlanır. Həmin yazını isə AMEA rəhbərliyinin adından yayır. Dövlət əleyhinə olan bəyanatına AMEA rəhbərliyini də şərik edir.
Amma akademiyanın əksər vitse-prezidentləri, Rəyasət Heyətinin, eyni zamanda qurumun həqiqi və müxbir üzvləri buna göz yumur.

Onların sırasında AMEA Rəyasət Heyətinin üzvlərindən akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyevi, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri Seyfəl Həsənovu, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovu, eyni zamanda regional bölmələrin rəhbərlərini göstərmək olar.
Mehdiyev "Amerikanın səsi" radiosuna müsahibəsində AMEA daxilində aldığı dəstəkdən ruhlanaraq istefaya getməyəcəyini, ətrafındakı akademiklərin onu dəstəklədiyini bildirib.

Beləliklə, AMEA rəhbərliyində - Rəyasət Heyətində təmsil olunan şəxslər susqun dayanmaqla məsuliyyətdən yayınmağa çalışsalar da, əslində Mehdiyevin ətrafında yer alıblar. Bu da onların əksəriyyətinin akademik adını məhz Mehdiyevin hesabına aldığını, əslində heç elmlər namizədi səviyyəsində belə savadlarının olmamasını düşünməyə əsas verir. Məsələn, İsa Həbibbəyli, İradə Hüseynova, Gövhər Baxşəliyeva hansı elmi nailiyyətlərinə görə akademik olublar? Onların və digərlərinin ortaya çıxarılacaq, dünya alimlərinin istinad etdiyi bir elmi əsəri varmı?
Bu şəxslər unutmamalıdırlar ki, onların Mehdiyevə açıq dəstəyi Azərbaycan dövlətçiliyinə və hakimiyyətinə qarşı yönəlib. Bu antimilli fəaliyyətdə Mehdiyevin yanında yer almaq, onunla komanda oyunu nümayiş etdirmək heç də yaxşı perspektiv vəd eləmir...
Rasim
"AzPolitika.info"

Şərhlər
Mehdiyevin ətrafı ,adları və soyadları dəyişdirilmış erməni dəğaları,yezidi kürdlər,rusbaşlardan başqa kim ola bilər.
R.M.-ə mənəvi dəstək verənlər-elmi bürokratiya, hoqqabazlıq ocağına vevirilməyə göz yumanlar - alim adına layiq olamyan ..... Onlar EA-dan uzaqlaşdırlmalıdır.
Tapmaca- deyin görək EA-da kimin 5 vəəzəfəsi, 4 kabinet və 4 katibəsi, 3 xidməti avtomobili və 2 cangüdəni var? Kim tapsa R.M, ona mükafat kimi - EA-da vəzifə verəcək!
Bu Akademiyanın özü lazımsız bir qurumdur indi də ştrafnoy batalyona dönüb.
Bu Isa Həbibbəyli çox................adamdr.
Bütün Rəyasət Heyəti istefa verməlidir
Bu tayfadan XALQIN XEYRİNƏ HEÇ VAXT HEÇ BİR FAYDALI İÇLƏR GÖRÜLMƏYİB. ONLAR YALNIZ MÜXTƏLİF YOLLARLA VƏZİFƏ DÜŞKÜNÜ OLMAĞA ÇALIŞIBLAR.
.Mehdiyev istefa vermir,çünki onda bu mədəniyyət yoxdur.Bəs AMEA-dakl bu qeyri sağlam mühitə qarşı niyə ölçü gtürülmür?
Men uzun muddetdir deyirem ki, bele insanlara guzewt olmaz, ilani boyudurleer, besleyirler sonra da... her bir iw vaxtinda gorulende gozeldir, bu iwlerde ramiz mehdiyev, zakir qaralov, ramil usubov hele adi chekilenlerdir, hele ne qeder adi chekilmeyen yuksek vezifede temsil olunanlar var, Hami prezident ve vitse prezientin etrafinda birlewerek 5-ci kolonun uzvlerinden temizleme iwinde oz desteyini vermelidir
Bu isa həbibbəylinin ("dörün çağırışlarına" uyğun soyadını belə təqdim edir) danışığı kənddəki tamadaların danışıq səviyyəsindən də aşağıdır, bundan nə alim və bununla nə elm?....